Dünya

Qlobal istiləşmə qarışqalara təsir etməyib

Sharing is caring!

Qarışqalar temperaturun yüksəlməsinə cavab olaraq davranışlarını dəyişmir və hətta yaxşı alternativ mövcud olduqda belə ənənəvi yaşayış yerlərində qalmaqda davam edirlər.

Bu barədə Şimali Karolina Universiteti məlumat yayıb.

Alimlərin sözlərinə görə, qarışqalar ektotermik heyvanlardır – onların bədən temperaturu tənzimlənmir və ətraf mühitdən asılıdır. Bu baxımdan, onların uyğun iqlimi olan ərazidə yaşaması çox vacibdir, çünki əhəmiyyətli temperatur dalğalanmaları koloniyanın ölümünə və ya fəaliyyətinin dayandırmasına səbəb olur.

Bununla belə, qarışqaların iqlim dəyişikliyinə cavab olaraq miqrasiya və ya yaşayış yerlərini dəyişmə ehtimalının nə qədər olduğu bilinmir.

Bu həşəratların daha isti temperaturlara necə reaksiya verə biləcəyini öyrənmək üçün tədqiqatçılar Şimali Karolinada yayılmış beş qarışqa növünü tədqiq ediblər. Məlum olub ki, qarışqalar havaların istiləşməsinə baxmayaraq öz şəxsi zərərlərinə belə olsa, koloniyanın ümumi rifahı naminə yüksək temperaturun yaratdığı rahatsızlığa dözür və yaşayış yerini dəyişmirlər.

Bu baxımdan müəlliflər qarışqaların qlobal istiləşməyə uyğunlaşa bilməyəcəyindən və həddindən artıq istiləşmədən ölənə qədər əlverişsiz zonalarda qalacaqlarından narahatdırlar.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir