İdman

Türkiyə Kuboku: “Qalatasaray” 1/4 finala vəsiqə qazanıb

“Qalatasaray” Türkiyə Kubokunda 1/4 finala vəsiqə qazanıb. 1/8 final oyununda “Alanyaspor”un qonağı olan İstanbul təmsilçisi 2:1 hesablı qələbə sayəsində mərhələ adlayıb. “Sarı-qırmızılar”ın qollarını 16-cı dəqiqədə Viktor Nelsson və 38-ci dəqiqədə Dris Mertens vurub. Meydan sahiblərindən isə 67-ci dəqiqədə İvan Kavaleyru fərqlənib. Qeyd edək ki, “Qalatasaray”ın 1/4 finaldakı rəqibi “Qaziantep” – “Konyaspor” cütünün qalibi olacaq. Xeberal.az

Cəmiyyət

Bakıda uşaq oğurluğu ilə bağlı yayılan iddialara RƏSMİ AÇIQLAMA

Binəqədidə uşaq oğurluğu ilə əlaqədar sosial şəbəkələrdə yayılan iddialarla bağlı açıqlama verilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkədə məlumat paylaşıb. O qeyd edib ki, iddialar araşdırılıb: “Polis əməkdaşları tərəfindən azyaşlının atasının yanında olması müəyyən edilib. Kriminal hal yoxdur”. Xeberal.az

Cəmiyyət

Lənkəran sakini intihar etdi

Lənkəranda intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Havzava kəndində baş verib. Kənd sakini Röyal Rüstəm oğlu Nəsirli özünü asaraq intihar edib. Hadisə yerinə hüquq mühafizə orqanları çağırılıb. Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, analoji hadisə bu […]

Dünya

ABŞ hökuməti Konqresə Türkiyəyə F-16-ların satışına dair sorğu göndərib

ABŞ administrasiyası Türkiyəyə F-16 qırıcı-bombardmançı təyyarələrinin satışı ilə bağlı Konqresə sorğu göndərib. Bunu çərşənbə axşamı Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi müntəzəm mətbuat brifinqində təsdiqləyib. ABŞ ordusunun sözçüsü Vaşinqtonun Ankaraya F-16-ların tədarükü ilə bağlı sualı cavablandırarkən deyib: “Məsələnin Konqres tərəfindən nəzərdən keçirildiyini diqqətə alaraq, bu işin hazırkı vəziyyəti barədə danışmaq hüququnu Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə verərdim. […]

Şou-Biznes

Bu məşhurlar gizli GÖRÜŞÜR – FOTO

Dünya şöhrətli müğənni Selena Qomezin "The Chainsmokers" qrupunun solisti Endryu Taqqart ilə münasibət yaşadığı iddia olunur.  Lent.az xarici mediaya istinadla xəbər verir ki, uzun müddətdir həyatına heç kimi buraxmayan Selenanın bu dəfə Endryuya şans verdiyi deyilir. İddialara görə, onlar kafeyə, boulinqə və sinemaya gedir, romantikalarını gizlətməyə çalışmırlar.  Qeyd edək ki, qərb mətbuatının iddialarına görə, Endryu […]

Şou-Biznes

Bu məşhurlar gizli GÖRÜŞÜR – FOTO

Dünya şöhrətli müğənni Selena Qomezin "The Chainsmokers" qrupunun solisti Endryu Taqqart ilə münasibət yaşadığı iddia olunur.  Lent.az xarici mediaya istinadla xəbər verir ki, uzun müddətdir həyatına heç kimi buraxmayan Selenanın bu dəfə Endryuya şans verdiyi deyilir. İddialara görə, onlar kafeyə, boulinqə və sinemaya gedir, romantikalarını gizlətməyə çalışmırlar.  Qeyd edək ki, qərb mətbuatının iddialarına görə, Endryu […]

Cəmiyyət

Tovuzda qidadan və dəm qazından zəhərlənənlər var

Tovuzda zəhərlənmə faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə rayonun Köhnə Qala kəndində qeydə alınıb. 2000-ci il təvəllüdlü Günay Əkbərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, G Əkbərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Digər hadisə rayonun Əyyublu kəndində baş verib. Kənd sakini 10 yaşlı Səma Həmzəyeva da zəhərlənmə […]

Şou-Biznes

Alla Puqaçova nə qədər QAZANIR?

Rusiyanın pop ulduzu Alla Puqaçovanın keçmiş stilisti Corc Rovals müğənninin nə qədər qazandığını açıqlayıb. Lent.az xəbər verir ki, stilist əvvəllər sənətçinin xeyli pul qazandığını və "qara" günü üçün də əlavə pul ayırdığını deyib: "Məşhur müğənni dostum pis yaşamır. Pis günləri üçün pul da yığıb. Təsəvvür edə bilməzsiniz o, nə qədər qazanır. Hətta sıfırları da saya […]

Cəmiyyət

Binanı özəlləşdirib, sakini döyən Hacı Mazanla bağlı məhkəmə qərarı AÇIQLANDI – VİDEO

Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun yaşadığı binada lifti özününküləşdirməsi ilə bağlı məhkəmə qərarı açıqlanıb. Belə ki, Hacı Mazan yaşadığı blokdakı liftlərdən birinə kod qoyduraraq, yalnız ailə üzvlərinin istifadəsinə icazə verib. İş adamının bu hərəkəti qonşular tərəfindən ciddi narazılıqla qarşılanıb. Onun özünü, ailə üzvlərini əlahiddə şəxslər hesab etməsi, qonşularını aşağılaması böyük qəzəb yaradıb. Nəsimi […]