Dünya

Yakutiyada şaxtalar otuz illik rekordu qırdı

Sharing is caring!

Rusiyanın Yakutiya vilayətindəki Tonqulax dağlıq rayonunda şaxtalar 30 illik rekordu qırıb.

Bu barədə Yakutiya hidrometeorologiya və ətraf mühitin monitorinqi şöbəsinin rəis müavini Tatyana Marşalik məlumat verib.

Belə ki, bazar ertəsi havanın temperaturu mənfi 62,4°C olub. Əvvəlki rekord isə 61,8°C olmaqla 1993-cü ildə qeydə alınıb.

Meteoroloq qeyd edib ki, 2023-cü ilin əvvəlindən Yakutiyada Olenekski adlanan ərazidə də mənfi 62°C temperatur müşahidə edilib.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir