MARAQLI

Virus üçün ikiqat “uğur” – “Kraken”in əsas təhlükəsi açıqlandı

Koronavirusun “Omikron” ştammının “XBB.1.5” və ya “kraken” subvariantında yaranan mutasiyalar ona hüceyrələrə daha effektiv şəkildə yapışmağa və anticisimlərdən qaçmağa imkan verir. Bu barədə Moskva Fizika və Texnologiya İnstitutunun (Rusiya) genom mühəndisliyi laboratoriyasının rəhbəri, virusoloq Pavel Volçkov deyib. “Kraken”dəki F486P mutasiyası nəinki hüceyrələrə daha yaxşı yapışmağa, həm də onu neytrallaşdıra biləcək anticisimlərdən yayınmağa imkan verir. Bu, […]

Dünya

Miladdan sonra Britaniya morqları dolub

Böyük Britaniyada Milad bayramlarında rekord sayda ölüm qeydə alınıb. Ölümlərin artması təcili yardımda rekord gecikmələrlə əlaqələndirilir. Bundan əlavə, qripə yoluxma hallarının çoxalmasının da buna səbəb ola biləcəyi istisna edilmir. Böyük Britaniyada təcili yardım otaqlarında uzun gözləmə müddətləri səbəbindən həftədə 300-500 xəstə ölür. İngiltərə və Uelsdə artıq üçüncü həftədir ki, mindən çox ölüm halı qeydə alınıb. […]

MARAQLI

ABŞ-də ən bahalı bombardmançı təyyarənin qiyməti açıqlandı – FOTO

ABŞ-nin “19FortyFive” nəşri “B-21 Raider” Amerika bombardmançı təyyarəsinin qiyməti ilə bağlı dəyərləndirmələr aparıb. Təyyarə 751 milyon dollar dəyərində qiymətləndirilib. “B-21 Raider” dünyanın ən qiymətli təyyarəsi hesab olunur, lakin o, elə Pentaqonun özü üçün də baha başa gələ bilər. Nəşrin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri 100 bombardmançı ala bilər və bunun üçün 75 milyard dollar xərcləyə bilər. […]

Dünya

Beyons Spirsdən klipində oynamasını xahiş etdi – FOTO

Müğənni Beyons Britni Spirsdən klipində oynamağı xahiş edib. Bu barədə “Page Six” anonim mənbələrə istinadən xəbər verir. Sonda ifaçıların iş birliyi naməlum səbəblərdən baş tutmayıb. Qeyd edək ki, Beyons və Spirs əvvəllər də birlikdə çalışıblar – 2004-cü ildə reklamların birində müğənni Pinklə birlikdə onlar “Queen”in “We Will Rock You” hitini ifa ediblər. Spirs 2022-ci ilin […]

Dünya

Yerə bənzər planet kəşf edildi – FOTO

“James Webb” kosmik teleskopu özünün ilk ekzoplanetini kəşf edib. Bildirilir ki, planet ölçüsünə görə Yerə bənzəyir. Kəşf edilən göy cisminə “LHS 475 b” adı verilib. O, Günəş sistemindən 41 işıq ili məsafəsində Oktant bürcündə yerləşir. Diametri Yerin diametrinin təxminən 99%-ni təşkil edir. Həmçinin orada istilik Yerdəkindən bir neçə yüz dərəcə çoxdur. Elm adamları hələki planetin […]

Dünya

Ufada yanğın baş verən ev buz sarayına çevrildi – FOTO

Rusiyanın Ufa şəhərində alovlara bürünən ev buz sarayına çevrilib. Yanğınsöndürənlər ikimərtəbəli taxta evdə yanğını söndürüblər. Hər şey -37 dərəcə temperaturda baş verdiyi üçün bina hər tərəfdən buz təbəqəsi ilə örtülüb. Hətta yanğınsöndürənlər daim bir-birini əvəz etmək, növbə ilə isinmək və güclərini bərpa etmək məcburiyyətində qalıblar. Hadisə yerindən maraqlı fotolar Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi “Telegram” […]

Dünya

ABŞ Yaponiya üzərində nüvə çətirini açmağa hazırdır

Ağ Evin nümayəndələri və Yaponiya hakimiyyət orqanlarının birgə yaydıqları bəyanata görə, Vaşinqton xüsusilə nüvə silahının köməyi ilə Tokionun təhlükəsizliyini qorumaq niyyətindədir. Tərəflər iki ölkənin xarici siyasət və hərbi idarə rəhbərləri arasında keçirilən danışıqlar zamanı belə bir qərara gəliblər. “Birləşmiş Ştatlar Yaponiyanın müdafiəsinə sarsılmaz sadiqliyini bir daha bəyan edir. Bu məsələdə biz nüvə də daxil olmaqla bütün hərbi […]

Dünya

Keçmiş Estoniya XİN rəhbəri Rusiya səfirinin ölkədən çıxarılmasını təklif etdi

“Rusiyanın Tallindəki diplomatik missiyasının əməkdaşlarının sayı çoxdan ixtisar edilməli idi”. Bu sözləri Estoniyanın Moskvadakı keçmiş səfiri, sabiq xarici işlər naziri, hazırda Avropa Parlamentinin üzvü Marina Kalyurand deyib. Onun sözlərinə görə, Estoniya Rusiya səfirini ölkədən çıxarmalı və həmçinin öz səfirini də Moskvadan geri çağırmalıdır. “Eyni zamanda Rusiyada Estoniya vətəndaşları olduğu müddətcə konsulluq xidmətləri bağlana bilməz”, – deyə Kalyurand […]

Dünya

Kallas: “Estoniya “təcrid olunmuş və qəzəbli” ölkəyə çevrilə bilər”

“Qarşıdan gələn parlament seçkisində Estoniya vətəndaşları iki seçim qarşısında qalacaqlar”. Bu barədə Estoniya Baş naziri Kaya Kallas parlament seçkisi ərəfəsində bildirib.   “Avropa standartlarına cavab verən ölkədə yaşamaq, ya getdikcə populyarlıq qazanan sağçı EKRE (Estoniya Mühafizəkar Xalq Partiyası) partiyasının hakimiyyəti altında “təcrid olunmuş və qəzəbli millət”ə çevrilmək? Estoniyalılar bu gün bu iki seçim qarşısındadırlar”, – […]

MARAQLI

Qış mövsümündə immuniteti gücləndirən ən yaxşı məhsullar – FOTO

“Soyuq havalarda, immunitetin aşağı düşdüyü və bütün xroniki xəstəliklərin getdikcə daha çox ağırlaşdığı bir vaxtda düzgün və balanslı qidalanmaq xüsusilə vacibdir. Soyuq havaların başlaması ilə süfrəmizdən çəkilən lif və vitaminləri də unutmamalıyıq”. Bu barədə Rusiyanın KDL Federal Tibbi Laboratoriyalar Şəbəkəsinin Tibb şöbəsinin müdiri Olqa Malinovskaya qış mövsümündə orqanizm üçün faydalı qidalardan danışarkən bildirib. Həkim ilk olaraq duza […]