Cəmiyyət

Yasamalda mənzildə meyit aşkarlanıb

Bakının Yasamal rayonunda mənzildə meyit aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada […]

Cəmiyyət

Qarın yağmasına baxmayaraq, Xankəndi-Laçın yolunda aksiya 33 gündür davam edir

Qarın yağmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz üç gündür davam edir. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Etirazçılar gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. Onlar gecədən səhərədək davamlı […]

Siyasət

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi erməni diplomatı faktlarla susdurdu

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında keçirilən “Millətlər arasında qanunun aliliyi” mövzusunda müzakirələrdə çıxış edib. “Report”un yerli bürosu xəbər verir ki, səfir öncə BMT Təhlükəsizlik Şurasına yeni üzv seçilən Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrənin BMT-dəki daimi nümayəndələrini təbrik edib. Daha sonra Y. Əliyev BMT-nin məqsədlərindən bəhs edib və bildirib ki, […]

Cəmiyyət

Bakı metrosunda nasazlıq: Sərnişinlər düşürüldü

Saat 7:26-da “Həzi Aslanov-İçərişəhər” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə baxış keçirilməsi zərurəti yaranıb.  Bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.  Bildirilib ki, təlimat tələbənə uyğun, sərnişinlər düşürülüb və qatar “İçərişəhər” stansiyasında baxış-dayanma dalanı olmadığı üçün ən yaxın məntəqə kimi “Nərimanov” elektrik deposuna göndərilib.  Əvəzinə depodan qatar verilib və xətlər üzrə ehtiyat qatar […]

İdman

Feliks “qırmızı” ilə başladı, “Çelsi” “Fulhem”ə də uduzdu – VİDEO

İngiltərə Premyer Liqasının VII turundan təxirə salınmış oyunda “Çelsi” “Fulhem”lə qarşılaşıb. Oxu.Az xəbər verir ki, yeni ildə üçüncü oyununu keçirən London klubu bu dəfə qələbə üzünə həsrət qalıb. Görüş “Fulhem”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu matçla birlikdə “Çelsi”də debüt edən yeni transfer Joao Feliks isə 58-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.  Qeyd edək […]

İdman

İspaniya Superkubokunun finalında “El-Klasiko” olacaq – VİDEO

İspaniya Superkubokunda ikinci yarımfinal oyunu keçirilib. Oxu.Az xəbər verir ki, ikinci matçda “Barselona” ilə “Betis” üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər və matçda qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Bu zaman daha dəqiq oynayan “Barselona” penalti seriyasındakı qələbə ilə əzəli rəqibi […]

Dünya

Baydenin qarajında “məxfi” qrifli sənədlər tapılıb

ABŞ prezidenti Co Baydenin Uilminqton şəhərindəki evinin qarajında ​​“məxfi” qrifli sənədlər tapılıb. Bu barədə ABŞ prezidentinin hüquq müşaviri Riçard Sauberə istinadən məlumat yayılıb. Artıq məsələyə prezident administrasiyası da münasibət bildirib. Administrasiya əmindir ki, istintaq Co Baydenin evində tapılan məxfi sənədlərin prezidentin iradəsindən kənar orada olduğunu üzə çıxaracaq. ABŞ Ədliyyə Nazirliyi faktları araşdırmaq üçün xüsusi müşavir […]

Cəmiyyət

Paytaxt sakini Abşeronda bıçaqlandı

Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib. Heydər Əliyev prospektində 1982-ci il təvəllüdlü Həsənzadə Firdovsi Yavuz oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. Xeberal.az

Dünya

Beşqat NBA çempionunun formasını hərracda 7 milyon dollara satmağı planlaşdırırlar

Nyu-Yorkdakı “Sotheby’s” hərrac evi 2020-ci ildə faciəvi şəkildə həlak olan beşqat NBA çempionu Kobi Brayantın formasını 5-7 milyon dollara satışa çıxarmağa hazırlaşır. Belə ki, fevral ayının ilk həftəsində hərracda basketbolçunun 25 oyunda əynində olan forması hərraca çıxarılacaq. Qeyd olunur ki, bu, Brayantın indiyə qədər hərracda satılan ən bahalı əşyası ola bilər. 2021-ci ilin martında oyunçunun NBA-nın […]

MARAQLI

Dünyaca məşhur “Drive” nəşri Türkiyənin yeni nəsil qırıcısının qeyri-adi xüsusiyyətindən yazdı – FOTO/VİDEO

Türkiyənin qabaqcıl beşinci nəsil “TF-X” qırıcısının kabinə fənəri qarşısında infraqırmızı axtarış və izləmə sisteminin sensoru, burun hissəsinin altında isə elektro-optik yönləndirmə sistemi quraşdırılıb. “Stels” təyyarənin qeyri-adi xüsusiyyətinə “Drive” nəşri diqqət çəkib. Nəşrdə qeyd edilir ki, hazırda elə bir müasir döyüş təyyarəsi yoxdur ki, bu sensorlar bir-birindən ayrı olsun. “TF-X” – Türk Aerokosmik Sənayesi (TUSAŞ – “Turkish Aerospace […]