İdman

İspaniya Superkubokunun finalında “El-Klasiko” olacaq – VİDEO

Sharing is caring!

İspaniya Superkubokunda ikinci yarımfinal oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, ikinci matçda “Barselona” ilə “Betis” üz-üzə gəlib.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər və matçda qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Bu zaman daha dəqiq oynayan “Barselona” penalti seriyasındakı qələbə ilə əzəli rəqibi “Real”a finalda rəqib olub.

Beləliklə azarkeşlər Superkubokun finalında “El-Klasiko”ya şahidlik edəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir