Dünya

Baydenin qarajında “məxfi” qrifli sənədlər tapılıb

Sharing is caring!

ABŞ prezidenti Co Baydenin Uilminqton şəhərindəki evinin qarajında ​​“məxfi” qrifli sənədlər tapılıb.

Bu barədə ABŞ prezidentinin hüquq müşaviri Riçard Sauberə istinadən məlumat yayılıb.

Artıq məsələyə prezident administrasiyası da münasibət bildirib.

Administrasiya əmindir ki, istintaq Co Baydenin evində tapılan məxfi sənədlərin prezidentin iradəsindən kənar orada olduğunu üzə çıxaracaq.

ABŞ Ədliyyə Nazirliyi faktları araşdırmaq üçün xüsusi müşavir təyin edib.

Mənbə: RBK

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir