Dünya

Ronaldu Özbəkistana salam göndərdi – VİDEO

Portuqaliya futbolçu Kriştianu Ronaldunun “Əl-Nasr”da komanda yoldaşı olan özbəkistanlı futbolçu Djaloliddin Maşaripovla səmimi videosu yayılıb. Videoda Kriştianu Ronaldu Özbəkistana salam göndərərək “Salam Aleykum, Özbəkistan” söyləyir. Görüntülər Özbəkistanda qısa müddət ərzində çoxlu baxış sayı qazanıb. Məlumat üçün əlavə edək ki, özbəkistanlı yarımmüdafiəçi Djaloliddin Maşaripov 2021-ci ildən etibarən Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun formasını geyinir. Djaloliddin Maşaripov Daşkəndin […]

Dünya

Avropanın ən çox axtarılan cinayətkarlarından biri tutuldu

İspaniya polisi Avropada ən çox axtarılan cinayətkarlardan birini ölkədə saxlayıb. Bu barədə krallığın hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə deyilir. Qeyd edilir ki, 37 yaşlı şəxs Toledo əyalətində saxlanılıb. O, 2014-cü ildən axtarışdadır. Həmin şəxsin işgəncə, adam oğurluğu, qanunsuz silah saxlama, hədələmə və digər cinayətlərdə şübhəli bilinərək tutulması üçün order olub. Bildirilir ki, o, “İspaniyada son onilliklərin ən fəal […]

Dünya

Türkiyədə transformator binasına oğurluğa girən gənci elektrik cərəyanı vurdu – FOTO

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda 25 yaşlı gənc oğurluq üçün transformator binasına girib. Lakin onu elektrik cərəyanı vurub və həyatını itirib. Transformator binasına daxil olan işçilər yerdə hərəkətsiz uzanan bir nəfər görüblər. Hadisə yerinə polis və həkim briqadası göndərilib. Lakin gəncin həyatını itirdiyi məlum olub. Aydınlaşdırılıb ki, oğru transformatorun içindəki kabelləri kəsmək istəyərkən elektrik cərəyanı vurub. […]

Dünya

Avstraliyada elektron skuter alovlandı: Xəsarət alanlar var – FOTO/VİDEO

Avstraliyanın Brisben şəhərində fərdi evdə elektron skuter alovlanıb. Nəticədə iki kişi, bir qadın və iki yeniyetmə qız olmaqla beş nəfər xəsarət alıb. Məlumata görə, skuter səhər saat 4 radələrində evin içərisində od tutub. 40 yaşlarında bir kişi kürəyindən yanıq xəsarətləri alıb və reanimasiya bölməsinə yerləşdirilib, ilkin müalicədən sonra Brisben xəstəxanasına çatdırılıb. Əlindən yüngül yanıq xəsarətləri […]

Dünya

Moskvaya uçan təyyarə Özbəkistanda məcburi eniş edib

Banqkokdan Moskvaya uçan “Boeing 777” təyyarəsi Özbəkistanın Səmərqənd şəhərinə məcburi eniş həyata keçirib. Qeyd olunur ki, təyyarənin məcburi enməsinə səbəb qadın sərnişlərdən birində vaxtından əvvəl doğuş sancılarının baş verməsi və göyərtədə stüardessanın xəsarət alması nəticələnən davanın baş verməsidir. Beləliklə ekipaj heyəti marşrut boyunca ən yaxın hava limanına enmək barədə qərar qəbul edib. Eniş etdikdən sonra doğum sancısı keçirən […]

Cəmiyyət

Lənkəranda 63 ədəd çöl quşu ovlayan şəxslər saxlanıldılar – FOTO

Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Nərimanabad qəsəbəsi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov edən İ.İmanov və N.İmaməliyev saxlanılıblar. Onlardan […]

Təhsil

GOR KİMİ eşilən Goranboy təhsilində ÖZBAŞINALIQ… – NARAZILIQ VAR! – VİDEO

Goranboy sakinləri bildirilər ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən kənd və qəsəbələrdəki tam orta məktəblərdə nəzarət sistemi sözün əsl mənasında çökdürülüb.Bəs bu kimi məsələlərə səbəb nədir və qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir? Hansı addımlar atmaq lazımdır?Fond pulu, summativ pulu, yaxud […]

Dünya

Meral Akşener təcili xəstəxanaya yerləşdirilib

Türkiyənin “İyi” Partiyanın sədri, tanımış qadın siyasətçi  Meral Akşener xəstəxanaya yerləşdirilib. Bu barədə partiyanın sözçüsü Hürşad Zorlu məlumat verib. O qeyd edib ki, Meral Akşener ürək ritminin pozulması (aritmiya) diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlər siyasətçiyə gecəni xəstəxanada qalmağı məsləhət görüblər. Sədrimiz Ankara Xəstəxanasındadır. Şükürlər olsun ki, aparılan müayinələr nəticəsində onun ürəyində heç bir problem aşkarlanmadı. […]