Dünya

Yerə bənzər planet kəşf edildi – FOTO

Sharing is caring!

“James Webb” kosmik teleskopu özünün ilk ekzoplanetini kəşf edib.

Bildirilir ki, planet ölçüsünə görə Yerə bənzəyir.

Kəşf edilən göy cisminə “LHS 475 b” adı verilib. O, Günəş sistemindən 41 işıq ili məsafəsində Oktant bürcündə yerləşir. Diametri Yerin diametrinin təxminən 99%-ni təşkil edir. Həmçinin orada istilik Yerdəkindən bir neçə yüz dərəcə çoxdur.

Elm adamları hələki planetin tam təsvirini verə bilmirlər. Ancaq dəqiq məlumdur ki, məsələn, Saturnun peyki olan Titanda olduğu kimi, metan tərkibli sıx atmosfer yoxdur.

Mənbə: “The Independent”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir