Dünya

Ərdoğan: “Türkiyə yalnız hücum olacağı təqdirdə cavab verəcək”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanı Ankaraya qarşı həyata keçirdiyi kəskin siyasi xətdən əl çəkməyə çağırıb. Türkiyə lideri bu barədə Antalya vilayətində səfəri zamanı jurnalistlərə verdiyi acıqlamada deyib. R.T.Ərdoğan bəyan edib ki, Türkiyənin Yunanıstana zərbə endirmək planları yoxdur və yalnız hücum olacağı təqdirdə cavab verəcəyini vurğulayıb. “Biz 561 kilometr uzaqlıqdakı hədəfi uğurla vuran “Tayfun” raketini buraxdıq. Yunanıstanda […]

Siyasət

Fransa “bacı”sı Ermənistana kömək edə bilmədi: Azərbaycan diplomatiyasının uğuru

2022-ci ilin son günlərində Fransa BMT Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim etdiyi Azərbaycan əleyhinə yönəlmiş qərəzli sənədi geri çəkməli oldu. Qədim tarixə malik Fransa diplomatiyası nisbətən gənc, amma yetərincə iddialı Azərbaycan diplomatiyası qarşısında uğursuzluğa düçar oldu. Bu, təkcə fransız və erməni diplomatlarının deyil, ümumilikdə Emmanuel Makronun və dünya erməni diasporunun Azərbaycana qarşı apardıqları mübarizənin iflasa uğraması […]

Dünya

Miflər və faktlar: Rizvan Hüseynovla tarixə ekskursiya – VİDEO

Azərbaycanlı tarixçi Rizvan Hüseynov Caliber.Az “YouTube” kanalının qonağı olub.  Aparıcı Samit Əliyevin suallarını cavablandıran R.Hüseynov tarixlə ideologiya arasında paralellər aparıb, tarixi faktların saxtalaşdırılması, ermənilərin bu istiqamətdə apardığı fəaliyyət, Ermənistan ərazisində olan milli mədəni abidələrimizin vəziyyətinə toxunub. Müsahib həmçinin Zəngəzura qayıtmağımızın mexanizmləri, 1915-ci ilin hadisələri və Türkiyəyə qarşı həyata keçirilən təzyiq vasitələrinə toxunub. Daha ətraflı videomüsahibədə: […]

Cəmiyyət

Rayonlara qar yağır – FAKTİKİ HAVA

Yanvarın 7-nə saat 17:00-a olan məlumatına əsasən Qubada, Gədəbəydə, Daşkəsəndə, Qusarda, Altıağacda, Xaltanda qar yağır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, şimal-qərb küləyi Göyçayda 21 m/s, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20 m/s, Şəki, Daşkəsəndə 18 m/s, Bakıda 17 m/s olub. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.0 metrə […]

Cəmiyyət

Şəkidə 42 yaşlı kişi özünü tüfənglə vuraraq öldürüb

Bu gün günorta saatlarında Şəki rayonunun Oxud kəndi ərazisində 1981-ci il təvəllüdlü kənd sakini Cumay Salamovun tüfəngdən açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya aparılarkən yolda ölməsi barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, ilkin araşdırmanın nəticələrinə əsasən, Cumay Salamov qardaşının idarə etdiyi UAZ markalı avtomobildə […]

Kriminal

Arvadını başqa şəxslə yazışmasına görə döyən kişi məsuliyyətdən azad edildi

Sumqayıt Şəhər Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Samir Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Samir Əliyev cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib. İttihama görə, hadisə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən binaların birinin qarşısında […]

Siyasət

Könül İsmayılova: “Bu il Azərbaycan və Ermənistan arasında eskalasiya baş verə bilər”

“Lakin Laçın dəhlizində baş verənlər, eləcə də tərəflərin prinsipial mövqelərində güzəştə getmək istəməmələri Azərbaycan və Ermənistan arasındakı münasibətləri daha da pisləşdirir”. Bu sözləri Müasir Müsavat Partiyasının Siyasi Şurasının və İH-nin üzvü Könül İsmayılova Azərbaycan və Ermənistan arasında hərbi eskalasiyanın başvermə riskini PİA.az-a şərh edərkən qeyd edib. Beynəlxalq ekspertlər bu il Azərbaycan və Ermənistan arasında hərbi […]

Cəmiyyət

Bakıda ata və oğul elektronika almaq istəyən qadını aldatdılar

Bakıda elektronika əşyaları almaq istəyən qadın dələduzluqla üzləşib. Lent.az xəbər verir ki, televizor, “PlayStation” aparatları və “iPhone” telefonları almaq istəyən Bakı şəhər sakini P.Əliyeva M.Ellazov və atası E.Ellazova müraciət edib. Ata-oğul qadından istədikləri avadanlıqları gətirəcəkləri müqabilində ümumilikdə 8 782 manat məbləğində pul alıblar. Ancaq onlar vədlərini yerinə yetirməyiblər. Aldadıldığını görən qadın hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə […]

Cəmiyyət

Qarşıdakı iki gündə Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti AÇIQLANDI

Yanvarın 8-i və 9-u Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, qeyd olunan rayonlarda yanvarın 8-də arabir qar yağacağı və duman olacağı gözlənilir. Bildirilib ki, zəif şərq küləyi əsəcək və havanın temperaturu gecə 5-8, gündüz 2-4 dərəcə şaxta olacaq. Yanvarın 9-da isə Şuşa, Kəlbəcər və Laçında arabir qar […]

İdman

Adı “Barselona” ilə hallanan məşhur müdafiəçi “Bayern”dən getmək siqnalı verdi

“Bayern”in və Fransa millisinin müdafiəçisi Benjamin Pavar “Barselona” ilə mümkün transfer barədə danışıb. Bir müddət əvvəl futbolçu Almaniya klubu ilə müqaviləsini yeniləmək fikrində olmadığını, 2023-cü ilin yayında başqa komandaya keçmək istədiyini demişdi. Müdafiəçinin “Bayern” ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Almaniya klubunun rəhbərliyi təklif olarsa, Pavarı bu yay buraxmağa hazır olduğunu bildirib. […]