Dünya

Ərdoğan: “Türkiyə yalnız hücum olacağı təqdirdə cavab verəcək”

Sharing is caring!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanı Ankaraya qarşı həyata keçirdiyi kəskin siyasi xətdən əl çəkməyə çağırıb.

Türkiyə lideri bu barədə Antalya vilayətində səfəri zamanı jurnalistlərə verdiyi acıqlamada deyib.

R.T.Ərdoğan bəyan edib ki, Türkiyənin Yunanıstana zərbə endirmək planları yoxdur və yalnız hücum olacağı təqdirdə cavab verəcəyini vurğulayıb.

“Biz 561 kilometr uzaqlıqdakı hədəfi uğurla vuran “Tayfun” raketini buraxdıq. Yunanıstanda bu, çaxnaşma yaratdı, yerli qəzetlər yazmağa başladılar ki, onlar (Türkiyə ordusunu nəzərdə yuyublar – red) bizi vuracaqlar. Egey dənizində bizə qarşı fəaliyyət aparmaq fikrində olmasanız, sizinlə işimiz olmayacaq”, – deyə Ərdoğan vurğulayıb.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir