İdman

Adı “Barselona” ilə hallanan məşhur müdafiəçi “Bayern”dən getmək siqnalı verdi

Sharing is caring!

“Bayern”in və Fransa millisinin müdafiəçisi Benjamin Pavar “Barselona” ilə mümkün transfer barədə danışıb.

Bir müddət əvvəl futbolçu Almaniya klubu ilə müqaviləsini yeniləmək fikrində olmadığını, 2023-cü ilin yayında başqa komandaya keçmək istədiyini demişdi. Müdafiəçinin “Bayern” ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Almaniya klubunun rəhbərliyi təklif olarsa, Pavarı bu yay buraxmağa hazır olduğunu bildirib.

Bildirilir ki, o, hazırda bazarı öyrənir. “Barselona” da Pavarı dəvət variantını düşünür.

Xatırladaq ki, Pavar 2019-cu ildən “Bayern”də çıxış edir. 26 yaşlı fransalı futbolçu bu mövsüm “Bayern”in heyətində 21 matçda 4 qol vurub. 2022-ci il dünya çempionatında o, Fransa – Avstraliya matçında (4:1) 89 dəqiqə oynayıb, qalan bütün oyunları ehtiyatda keçirib.

Mənbə: Sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir