Cəmiyyət

“Alkaş”, axmaq, aqressiv cəmiyyətin təməli: Uşaqların verdiyi xüsusi mesajlar – FOTO/VİDEO

Uşaqlar və yeniyetmələr arasında son zamanlar davranış pozuntuları müşahidə olunur. Aqressivləşib, özlərinə qapanır, bəzən də yaşlarına uyğun olmayan hərəkətlər edirlər, hələ bunları çəkib, videoları sosial şəbəkələrdə paylaşır, özləri ilə qürur duyurlar. Davranış pozğunluqları yaşa uyğun sosial gözləntiləri pozan, təkraredici, antisosial və ya aqressiv davranış ilə xarakterizə olunur. Bəs görəsən, bunun səbəbləri nədir? Uşaqları doğru yola necə çəkməli? Mövzu ilə bağlı […]

Siyasət

“Əsas hədəf və məqsəd xalqımızın rifah halının daha da yaxşılaşdırılması, gücləndirilməsidir” – RƏY + FOTO

“Prezident İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncamında əsas hədəf və məqsəd xalqımızın rifah halının daha da yaxşılaşdırılması və gücləndirilməsidir”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O, son illər Azərbaycanda vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı olaraq müxtəlif tədbirlər həyata keçirildiyini xatırladıb. Deputat vurğulayıb ki, 2023-cü ilin ən […]

Cəmiyyət

Vətən müharibəsi iştirakçısının anası: “Oğlum qollarımda can verdi, xilas edə bilmədim” – MÜSAHİBƏ + FOTO

Bir ailə düşünün ki, Vətən müharibəsində çiyin-çiyinə xidmət edən. Bu dəfə ata, oğul, qardaş deyil, ana və oğuldan danışacağam… Oğlu Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Vətən müharibəsində iştirak edərkən, anası da müharibədə yaralanan minlərlə oğullara loğman oldu. Təəssüf ki, dekabrın 31-də igid oğullarımızdan birini – Tahirov Mirdavud Asəm oğlunu da itirdik. Uzun müalicələr Vətən müharibəsi iştirakçısını həyatda […]

Cəmiyyət

Anomal hava şəraiti kənd təsərrüfatına necə təsir göstərib?- Rəsmi AÇIQLAMA + FOTO

Son günlər qış fəslinə uyğun olmayan anomal istilər müşahidə olunur. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabahdan etibarən hava şəraiti kəskin dəyişəcək. Belə ki, Bakıda və Abşeron yarımadasında yağıntı olacağı, sulu qar, axşama doğru qar yağacağı gözlənilir. Rayonlarda da sulu qar və qar yağacağı ehtimal olunur.  Kənd Təsərrüfatı Nazirliyinin […]

Cəmiyyət

Azərbaycanda daha 120 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 120 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 826 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 382 nəfər müalicə olunaraq sağalıb, […]

Dünya

Qara dənizdəki qaz ehtiyatları Türkiyənin 33 illik ehtiyacını qarşılayacaq

“Qara dənizdə qaz ehtiyatları Türkiyə əhalisi üçün 33 il kifayət edəcək”. Bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib. Onun sözlərinə görə, Qara dənizin Türkiyə sektorundakı “Sakarya” yatağında kəşf edilmiş qaz ehtiyatları 710 milyard kubmetrə çatır. Dönməz əlavə edib ki, Qara dənizdəki “Sakarya” yatağında aşkar edilən təbii qazdan istifadə idxal edilən qazdan […]

İdman

Qılıncoynatma üzrə milli Qran-pri turnirinə Bakıda hazırlaşır – FOTO

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Bolqarıstan, Gürcüstan və Qazaxıstan yığmalarının sablyaçıları ilə birgə Bakıda təlim-məşq toplanışındadır. Azərbaycan Qılıncoynatma Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yanvarın 4-ü başlayan hazırlıq prosesi ayın 11-nə kimi davam edəcək. Milli komandaların üzvləri gündə 2 dəfə Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zalında məşq edirlər. Təlim-məşq toplanışı 13-15 yanvarda Tunisdə […]

Dünya

Güney Azərbaycanda keçmiş baş nazirin erməni fitnəsi haqqında kitabı çap edilib – FOTO

Pəhləvi hakimiyyəti dövründə İranda baş nazir olmuş Məhəmmədəli Furuğinin “Erməni üsyanı” adlı kitabı çapdan çıxıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Kitab urmiyalı tarixçi və tədqiqatçı Tohid Məlikzadə tərəfindən nəşrə hazırlanıb. Azərbaycanlı tədqiqatçının geniş ön söz yazdığı kitabda Osmanlı imperiyasında ermənilərin üsyanı, bunun kökləri və törətdikləri əməllər inkarolunmaz faktlarla təqdim olunub.   Xeberal.az

Cəmiyyət

İmkanlı şəxslər Ağalıda evlərini özləri tikəcəklər – Xüsusi nümayəndəlikdən AÇIQLAMA

“Aztəminatlı məcburi köçkün ailələrinə dövlət tərəfindən evlər veriləcək”. Bunu “Unikal”a açıqlamasında Prezidentin Zəngilan xüsusi nümayəndəliyinin əməkdaşı Növrəs Cəfərov deyib. O bildirib ki, imkanlı şəxslərə isə azad edilmiş ərazilərdə ev tikmələrinə şərait yaradılacaq: “Evlərini fərqli formada tikmək istəyən sakinlər var. Onlar bu barədə bizə müraciət ediblər. Misal olaraq, Ağalı kəndi tikilir, orada yaşayış var. Lakin Ağalıdan […]