İdman

Qılıncoynatma üzrə milli Qran-pri turnirinə Bakıda hazırlaşır – FOTO

Sharing is caring!

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Bolqarıstan, Gürcüstan və Qazaxıstan yığmalarının sablyaçıları ilə birgə Bakıda təlim-məşq toplanışındadır.

Azərbaycan Qılıncoynatma Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yanvarın 4-ü başlayan hazırlıq prosesi ayın 11-nə kimi davam edəcək.

Milli komandaların üzvləri gündə 2 dəfə Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zalında məşq edirlər. Təlim-məşq toplanışı 13-15 yanvarda Tunisdə keçiriləcək Qran-pri turnirinə hazırlıq xarakteri daşıyır.

Dünya reytinqində ilk sırada qərarlaşan Anna Başta, ondan əlavə, Səbinə Kərimova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova Qran-pridə sablyaçıların şəxsi yarışında qüvvəsini sınayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir