Cəmiyyət

Buraxılış imtahanının nəticələri açıqlanıb

Sharing is caring!

Sentyabrın 4-də keçirilən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən şagirdlər müvafiq linkə (https://eservices.dim.gov.az/2022/netorta/) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı mobil operatorlar vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir