Dünya

İranda dollar rekord həddə bahalaşdı

İranda davam edən etiraz aksiyaları fonunda yerli valyuta vahidinin ABŞ dolları qarşısında məzənnəsi ucuzlaşıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir. Bildirilir ki, ABŞ dolları tümən qarşısında rekord həddə bahalaşıb. Belə ki, 1 ABŞ dolları 41 min tümənə bərabər olub.  Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əminin qətlə yetirilməsindən sonra ölkədə ümummilli etiraz aksiyaları başlayıb. […]

Cəmiyyət

Tezliklə Xankəndiyə qayıdacağıq: Şuşadan Xankəndiyə açılan mənzərə – VİDEO

“Şuşadayıq. Məndən sağda isə Azərbaycanın Xankəndi şəhəridir. Dayandığımız nöqtədən Xankəndiyə təxminən 7 kilometr məsafə var. Yəni bizi Xankəndidən cəmi 7 kilometr məsafə ayırır. Bu isə o deməkdir ki, tezliklə Xankəndiyə qayıdacağıq”. Bu sözləri Baku TV-nin Şuşada olan əməkdaşı Xankəndiyə açılan mənzərə önündə deyib. Bildirilir ki, Şuşanın ən yüksək zirvələrindən biri olan Qızılqaya yüksəkliyindən Xankəndi şəhəri daha […]

Dünya

Yeni ildə ciblərimiz dolu, yoxsa boş olacaq? – Proqnozlar

Yeni il heç də rahatlıq vəd etmir. Əksinə, ilin ən dəbdə olan sözü “resessiya” olacaq. Belə ki, bir çox ölkələrdə ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olacağı proqnozlaşdırılır. Bu da öz növbəsində bütün iqtisadi göstəricilərin pisləşməsinə və daha dərin problemlərin yaranmasına gətirib çıxaracaq. 2022-ci il dünya iqtisadiyyatı üçün yetərincə ağır keçdi. İnkişaf etmiş […]

Siyasət

BMT Ukraynaya görə toplanır

BMT Təhlükəsizlik Şurası yanvarın 13-də Ukrayna ilə bağlı iclas keçirəcək. Bu barədə hazırda Təhlükəsizlik Şurasında sədrliyi həyata keçirən Yaponiya tərəfinin yaydığı bəyanatda qeyd olunur. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Mənbə: TASS Xeberal.az

Şou-Biznes

57 yaşlı Bred Pitt yeni sevgilisi ilə TƏTİLDƏ – FOTO

Hollivud ulduzu Bred Pittin yeni sevgilisi İnes de Ramon ilə tətil görüntüləri yayılıb. Lent.az-ın xəbərinə görə, yeni ili Meksikada birlikdə qarşılayan cütlük Kabo San Lukas kurortunda, hovuz kənarında görüntülənib. Pitt bir müddət öncə öz ad gününü də İnes ilə birlikdə keçirib. Bred Pittin özü qədər məşhur xanımı  47 yaşlı Ancelina Coli də bu xəbərlərə 26 […]

Cəmiyyət

Binəqədidəki partlayışda ev sahiblərinə dəymiş zərəri kim qarşılayacaq? – VİDEO

Bir neçə gün əvvəl Bakının Binəqədi rayonu ərazisində, yaşayış binasında baş verən və bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən qorxunc partlayış xoşagəlməz hadisələrdən sığortalanmaq məsələsini bir daha gündəmə gətirdi. Məlumata görə, hadisə zamanı ümumilikdə 4 mənzilə ciddi ziyan dəydi, qapı-pəncərələr və arakəsmə divarlar dağıldı. Bəs görəsən, belə hallarda ev sahiblərinə dəymiş zərər […]

Cəmiyyət

Ruben Vardanyan gülünc vəziyyətə düşdü – 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. 1. Baku TV-nin əməkdaşı Xankəndinin bir addımlığında. Əməkdaşımız nələrə şahid oldu? 2. Ruben Vardanyan gülünc vəziyyətə düşdü. Qondarma rejimin dövlət naziri bu dəfə hansı yalanı danışıb? 3. Sumqayıtda marşrut sürücüləri işə çıxmadı, sakinlər küçədə qaldı. Sürücülər nədən narazıdır? 4. Bir gündə 7 nəfər öldü, 30-dək yaralı var. Türkiyədə nə […]

Siyasət

Fuad Nəcəfli Şərurda olub, sakinlərlə görüşüb

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunda olub, sakinlərlə görüşüb. APA-nın məlumatına görə, əvvəlcə Şərur şəhərindəki şəhidlər abidəsi və ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib. Səlahiyyətli nümayəndə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb. Görüş zamanı sakinlərin müraciətləri, problemləri dinlənilib. Qeyd edilib ki, sakinlərin […]

Cəmiyyət

Umayra Tağıyeva: “Soyuq Sibir antisiklonu Azərbaycanda havanın dəyişməsinə səbəb olub”

Son günlər şimal-şərqdən cənuba doğru hərəkət edən soyuq Sibir antisiklonu Azərbaycanda hava şəraitinin dəyişməsinə səbəb olub, ölkənin bəzi ərazilərində şimal-şərq küləyi güclənib. Bunu Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. “Göyçayda küləyin sürəti 21, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20, Şəki və Daşkəsəndə isə 18 m/san-dir. Bakıda və Abşeron yarımadasında küləyin sürəti 17 m/san, dənizdə dalğanın […]

Siyasət

Qarabağın ermənicə “blokadası”: 27 gündə ərzaqla dolu yüzlərlə yük maşınının hərəkəti – İNFORQAFİKA

Artıq 27 gündür ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunun Şuşa şəhərinin altından keçən hissəsində azərbaycanlı ekoloqların və ictimaiyyət nümayəndələrinin etiraz aksiyası davam edir. Azərbaycanlı fəalların etiraz aksiyasının başladığı ilk gündən başlayaraq dünyanın müxtəlif yerlərində məskunlaşmış ermənilər və onlara rəğbət bəsləyənlər süni şəkildə Qarabağın “blokadası” ilə bağlı tezisləri dövriyyəyə […]