İdman

Keçmiş MMA döyüşçüsü sevgilisinin qətlində şübhəli bilinərək həbs edilib

Keçmiş MMA döyüşçüsü Fil Baroni sevgilisini öldürdüyü iddiası ilə Meksikada həbs edilib. Məlumata görə, 46 yaşlı Baroni otel otağında ona xəyanət etdiyini etiraf edən qadınla mübahisə edib. Hadisə yerinə gələn polis mərhumu qan içində görüb. Baroninin dediyinə görə, şifahi mübahisədən sonra o, qadını vanna otağına getməyə məcbur edib və sevgilisi sürüşərək xəsarət alıb. Bundan sonra […]

Dünya

İran ticarət gəmisindən PUA daşıyıcısı düzəldir – FOTO

Fars körfəzinin girişindəki gəmiqayırma müəssisəsində İran Hərbi Dəniz Qüvvələri keçmiş ticarət konteyner gəmisini pilotsuz uçuş aparatları üçün daşıyıcıya çevirirlər. Yayılan peyk görüntülərinə və açıq mənbəli fotoşəkillərə əsasən, bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusunun İran bayraqlı konteyner gəmisi olan “Şahid Mahdavi” helikopter və dronları daşımaq üçün istifadə olunacaq. Müvafiq işlər Hörmüz boğazı yaxınlığında Bəndər Abbasdakı İran […]

İdman

ABŞ millisinin məşqçisi məişət zorakılığını etiraf etdi

ABŞ Futbol Federasiyası (US Soccer) baş məşqçi Qreqq Berhalter həyat yoldaşı Rozalində qarşı fiziki zorakılıq epizodunu etiraf etməsindən sonra müstəqil araşdırmaya başlayıb. Berhalter “Twitter”də bildirib ki, Qətərdə keçirilən dünya çempionatı zamanı adı açıqlanmayan insanlar ABŞ Futbol Federasiyası ilə əlaqə saxlayıb, əllərində məşqçini “sındıracaq” məlumatların olduğunu deyiblər. Berhalterin sözlərinə görə, o, arvadı ilə 1991-ci ildə aralarında […]

Dünya

Polşa daha 116 Abrams tankı aldı

Polşa ABŞ-dən daha 116 Abrams tankı alıb. Bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb. “Milli müdafiə naziri Mariuş Blaşçak Polşa ordusu üçün 116 M1A1 Abrams tankının tədarükü üçün müqaviləni təsdiqləyib. Tanklar Polşa Respublikasının silahlı qüvvələrinin tələblərinə uyğunlaşdırılacaq”, – Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Bildirilir ki, polşalılar tanklarla birlikdə ehtiyat hissələri, istehlak materialları, silah və diaqnostika avadanlıqlarının […]

Dünya

İranda 72 saat ərzində 70 etnik bəluç vətəndaş həbs edildi – FOTO

İranda 72 saat ərzində 70 etnik bəluç vətəndaş həbs edilib. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, keçmiş siyasi məhbus və Bəluç media fəalı Məhəmməd Saber Malek Rəisi “Twitter” hesabında 72 saat ərzində Zahedanda ən azı 70 bəluç vətəndaşın “saxta ittihamlarla” həbs edildiyini açıqlayıb. Malek Rəisi eləcə də, Zahedanda həbslərin artdığını və “hərbi idarəetmə” rejimi yaradıldığını […]

Cəmiyyət

Beyləqanda birmərtəbəli ev yanıb

Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yerləşən evdə yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 kvadratmetr olan talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xeberal.az

İdman

“Barselona” milyon avroya yaxın cərimələndi

“Barselona” maliyyə feyr-pleyi qaydalarını pozduğu üçün La Liqa tərəfindən 800 min avro cərimələnib. Son illərdə komanda maliyyə çətinlikləri yaşayıb və büdcələrini tarazlaşdırmaq üçün oyunçulardan məvaciblərini azaltmağı xahiş edib. Həmçinin, klub teleyayım hüquqlarının bir hissəsinin satışını da həyata keçirib. Bununla belə, kataloniyalılar İspaniya liqasının qaydalarını pozmaqda təqsirli biliniblər. İddiaya görə, Dani Alveş və Andreas Kristenseni heyətə […]

Dünya

Roqozin onurğasından çıxan qəlpəni Makrona yolladı – FOTO

Rusiyanın “Roskosmos” korporasiyasının keçmiş rəhbəri Dmitri Roqozin Fransanın Rusiyadakı səfiri Pyer Leviyə məktub yazıb. Bu barədə Roqozin özünün “Telegram” kanalında məlumat verib. O, məktuba Fransanın Sezar artilleriya qurğusuna məxsus mərminin qəlpəsini də əlavə edib. Roqozin yazıb ki, bu qəlpə onu az qala öldürəcək və ya şikəst edəcəkdi. “Yalnız Rusiya hərbi və mülki həkimlərinin böyük məharəti […]

Dünya

BMT Təhlükəsizlik Şurası Məbəd dağı ətrafındakı vəziyyətlə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası bu gün Məbəd dağı ətrafındakı vəziyyətlə bağlı iclas keçirəcək. Məlumata görə, iclas üçün Fələstin və İordaniya müraciət edib. Çin və BƏƏ belə bir çağırışı dəstəkləyib. Bundan əvvəl İsrailin milli təhlükəsizlik naziri, ifrat sağçı Yəhudi Qüvvələri partiyasının lideri İtamar Ben-Qvir müsəlmanlar üçün müqəddəs sayılan Əl-Əqsa məscidinin yerləşdiyi Məbəd dağına çıxıb. Misir, Birləşmiş Ərəb […]

Cəmiyyət

Zəngəzur milli parkında bulaqdan su içən heyvanların maraqlı kadrları – VİDEO

Son illərdə vəhşi heyvanlar da quraqlıqdan əziyyət çəkirlər. Oxu.Az xəbər verir ki, Zəngəzur milli parkında və parka həmsərhəd ərazilərdə təbiəti mühafizə işçiləri heyvanların rahat su içmələri üçün bulaqların gözündə nov quraşdırıblar. Belə ki, suya gələn heyvanlar kameralara düşüblər və maraqlı kadrlar alınıb. Həmin görüntüləri təqdim edirik:   Xeberal.az