Cəmiyyət

Şəmkirdə minik avtomobili aşdı: Xəsarət alan var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Zəyəm kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü – 1997-ci il təvəllüdlü Murad Daşdəmirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Niderlandda ölüm halları doğuş sayını üstələyib

Niderlandda 1900-cü ildən bəri ilk dəfə ölüm halları doğumları üstələyib. Müvafiq məlumatı çərşənbə günü Niderlandın Mərkəzi Statistika İdarəsi dərc edib. Təşkilatın məlumatına görə, 2022-ci ildə ölkədə 168 min uşaq doğulub, 169 min insan isə dünyasını dəyişib. Büronun analitiki Dik ter Steyge vurğulayıb ki, oxşar vəziyyət yalnız 1900-cü ildə qeydə alınıb. Belə vəziyyət qismən daha çox […]