Dünya

İran ticarət gəmisindən PUA daşıyıcısı düzəldir – FOTO

Sharing is caring!

Fars körfəzinin girişindəki gəmiqayırma müəssisəsində İran Hərbi Dəniz Qüvvələri keçmiş ticarət konteyner gəmisini pilotsuz uçuş aparatları üçün daşıyıcıya çevirirlər.

Yayılan peyk görüntülərinə və açıq mənbəli fotoşəkillərə əsasən, bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusunun İran bayraqlı konteyner gəmisi olan “Şahid Mahdavi” helikopter və dronları daşımaq üçün istifadə olunacaq.

Müvafiq işlər Hörmüz boğazı yaxınlığında Bəndər Abbasdakı İran Gəmiqayırma və Dəniz Sənaye Kompleksində aparılır.

Qeyd edilir ki, “Şahid Mahdavi” ən azı may ayından limandadır və o vaxtdan etibarən ticarət gəmisi üzərində iş gedir.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir