Dünya

İranda 72 saat ərzində 70 etnik bəluç vətəndaş həbs edildi – FOTO

Sharing is caring!

İranda 72 saat ərzində 70 etnik bəluç vətəndaş həbs edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, keçmiş siyasi məhbus və Bəluç media fəalı Məhəmməd Saber Malek Rəisi “Twitter” hesabında 72 saat ərzində Zahedanda ən azı 70 bəluç vətəndaşın “saxta ittihamlarla” həbs edildiyini açıqlayıb.

Malek Rəisi eləcə də, Zahedanda həbslərin artdığını və “hərbi idarəetmə” rejimi yaradıldığını bildirərək yazıb: “İstənilən yerdə iki nəfərdən çox adamın toplanması həbsə bərabərdir”.

Zahedan şəhərinin “Zahedan sakinləri üçün böyük bir həbsxanaya çevrildiyini” bildirərək qeyd edib ki, yanvarın 1-i axşam saatlarından başlayaraq, ETTELAAT və SEPAH kəşfiyyatının hücumu nəticəsində şəhərin müxtəlif bölgələrində çoxlu bəluç gənci həbs edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir