Siyasət

Laçının işğaldan azad edilməsindən iki il keçir – FOTO/VİDEO

Bu gün Laçın rayonunun Ermənistanın işğalından azad edilməsindən iki il keçir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan hərbi müstəvidə Ermənistan üzərində həlledici qələbə qazandı. Bu qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil […]

Müharibə

MN: “Rusiya Federasiyasının sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır”

Təəssüf edirik ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq. Yenə də Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə […]

Cəmiyyət

Şuşaya qar yağır – VİDEO

Şuşa şəhərinə qar yağıb. Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb. Görüntülərdə Şuşa şəhərinə qarın yenicə yağmağa başlaması əks olunub. Qeyd edək ki, Şuşa şəhəri 2020-ci il noyabrın 8-də işğaldan azad edilib. Həmin görüntüləri təqdim edirik:   Xeberal.az

Şou-Biznes

Elzanın 2000 manata yaxın borcu var – Polisdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, müğənni Elza Seyidcahanın avtomobili ödənişlərin gecikməsinə görə, cərimə meydançasına yerləşdirilib. Lent.az xəbər verir ki, əməkdar artist efirdə bu barədə danışarkən maddi durumunun zəif olması səbəbilə cəriməni ödəməkdə çətinlik çəkdiyini bildirib. Məsələ ilə bağlı Lent.az-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cərimələrin ödəniş şərtlərini açıqlayıb: “Yol hərəkəti […]

Cəmiyyət

Bakıda zəncirvari qəza: Beş avtomobil toqquşdu

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. “KIA” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törədib. Nəticədə iki “Mercedes”, “Chevrolet” və “Toyota Prius” markalı avtomobillər toqquşub. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gəlib. Baş vermiş qəza nəticəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

NİİM-də və DİN-nin Ekoloji nəzarət postunda DYP əməkdaşları ilə bir gün – REPORTAJ + VİDEO

Piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi maarifləndirici.  tədbirləri davam etdirir. Oxu.Az xəbər verir ki, bu dəfə keçirilən reyd və maarifləndirici tədbirdə məktəblilər də iştirak edib.  Tədbir çərçivəsində DİN-in Baş Dövlət Yol   İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin əməkdaşı Toğrul Nəsirli, Minarə […]

İdman

DÇ-2022: Azərbaycan millisinin məşqçisi favoritlərini açıqlayıb

Azərbaycanın U-19 millisinin məşqçisi Arif Əsədov Qətərdə keçirilən dünya çempionatındakı favoritlərini açıqlayıb. 52 yaşlı mütəxəssis “Report”a açıqlamasında Braziliya və Fransa yığmalarının çempionluğa daha iddialı olduğunu bildirib. O, Portuqaliya millisinin də bu siyahıya əlavə oluna biləcəyini istisna etməyib. Mundialla bağlı ümumi fikirlərini də bölüşən Əsədov oyunların maraqlı keçdiyini söyləyib: “Gözlənilməz nəticələr qeydə alınır. Bu mundialın digərlərindən müəyyən […]

Müharibə

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

Noyabrın 30-u saat 19:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Xeberal.az

Cəmiyyət

Azərbaycanda daha 49 nəfər COVID-19-a yoluxub, iki nəfər vəfat edib – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 824 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 103 nəfər müalicə olunaraq sağalıb, 9 980 nəfər vəfat […]

Şou-Biznes

Polis Elza Seyidcahanın maşınını əlindən aldı

Əməkdar artist Elza Seyidcahanın maşını cərimə meydançasına aparılıb. Müğənni Lent.az-a açıqlamasında bu faktı təsdiqləyib. O bildirib ki, vaxtında cəriməni ödəmədiyindən maşını hələ də cərimə meydançasındadır: "Bu gün səhər verilişə gedirdim. Maşınımı cərimə meydançasına apardılar. Cəriməm var idi, vaxtında ödəmədiyimdən üst-üstə yığılır. Hər zaman deyirəm ki, polisim məni qoruyur. Amma bəzən bizi anlamalıdırlar. Çəkilişlərə gedirik, gecikirik". Qeyd edək […]