Cəmiyyət

Ağdamda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Ağdam rayonunun Yüzbaşılı kəndi ərazisində iki avtomobil toqquşub, xəsarət alanlar var. “Report”un məlumatına görə, yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan birinin vəziyyəti qismən ağır olduğu üçün o, Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralıların kimliyi və hadisənin necə baş verməsi araşdırılır. Xeberal.az

Cəmiyyət

Azərbaycanda köhnə avtomobillərin utilizasiyası necə həyata keçiriləcək? – ARAŞDIRMA

Azərbaycanda 2018-ci ilin dekabr ayında təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nda köhnə avtomobillərin utilizasiyasına dair ayrıca proqramın hazırlanması nəzərdə tutulub. “Mexaniki nəqliyyat vasitələrinin utilizasiyası” adlı proqramın layihəsi artıq hazırdır və dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Bəs bu proqram necə həyata keçiriləcək? “Report” mövzuya aydınlıq gətirməyə çalışıb. “Proqram mərhələli şəkildə icra edilməlidir” Nəqliyyat sahəsi üzrə […]

Cəmiyyət

Ağsuda şagird dörd ildir niyə birinci sinifdə oxuyur? – AÇIQLAMA + VİDEO

Ağsuda uşaq artıq dördüncü ildir ki, birinci sinifdə oxuyur. Xezerxeber.az-ın məlumatına görə, uşağın valideyni övladının əsassız şəkildə sinifdən-sinfə keçirilmədiyini iddia edib. Sözügedən hadisə Ağsu rayonu, Sanqalan kənd məktəbində baş verib. Rayonun Qırlar kəndində yaşayan ailə iddia edib ki, onların uşağının yaşına uyğun dərslərdə iştirakına məktəbin direktoru imkan vermir. Uşağın anası Narıngül Eyubova bildirib ki, övladı məktəbə […]

Dünya

Almaniya Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb

Noyabrın 30-da Almaniya Bundestaqı 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıyıb. Qətnamə layihəsi Sosial Demokrat Partiyası, Yaşıllar, Azad Demokrat Partiyası və müxalif Xristian Demokrat İttifaqından olan deputatlar tərəəfindən hazırlanıb. Sənəd səs çoxluğu ilə, sayılmadan, əl qaldıraraq qəbul edilib. Səsvermə zamanı Bundestaqda Ukraynanın Almaniyadakı səfiri Oleksiy Makeyev və keçmiş səfir, indi isə xarici işlər nazirinin […]

Hadisə

Xəzər TV-nin efirində ekspertdən tərbiyyəsizlik, vəkilin üstünə su tökdü – VİDEO

“Xəzər TV”də yayımlanan “Təsir dairəsi” verilişində ekspertlər arasında dava düşüb. Xəbəral.az xəbər verir ki, mübahisə vəkil Şəfiqə Nağıyevayla jurnalist-şair Anar Vəziroğlu arasında olub. Canlı yayım zamanı Vəziroğlu ayağa qalxaraq verilişin aparıcısı Lalə Azərtaşa “Bura söz meydanıdır, yoxsa at meydanıdır” deyə sual ünvanlayıb. O, isə “Bura söz, haqq medanıdır” cavabını verib. Daha sonra A.Vəziroğlu üstünü göstərərk “Bunu kim edib, özünü […]

Siyasət

“Caliber”: Vardanyan və general Volkovun Qarabağdakı qızıl biznesi – VİDEO

44 günlük müharibə sonrası imzalanan üçtərəfli bəyanata əsasən Qarabağın bir hissəsində müvəqqəti olaraq Rusiya sülhməramlılarının yerləşməsinə baxmayaraq, Azərbaycan tərəfi həmin ərazilərdə baş verənlərlə bağlı hərtərəfli məlumata malikdir. Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan növbəti süjetdə bildirilir. Vurğulanır ki, Azərbaycan bu ərazilərdəki bütün fəaliyyətləri, o cümlədən də qanunsuz hərəkətləri qeydə almaq üçün hər cür texniki […]

Şou-Biznes

Məşhur repçinin 50 milyon borcu var

Dünya mediasında çoxlu qalmaqallarla yadda qalan dünya şöhrətli repçi Kanye Uestdən yeni xəbər var. Lent.az xəbər verir ki, onun 50 milyon dollarlıq vergi borcu olduğu üzə çıxıb. Bundan başqa, 75 milyon dolları qalan ifaçının bank hesabları dondurulur.  Repçi mediaya açıqlamasında deyib ki, o, maliyyə cəhətdən savadlı biri deyil: "Həqiqətən də, pul saymağı öyrənəcəyəm. Etiraf etməliyəm […]

Siyasət

“İran bölgədə sabitlik olmaması üçün dəridən-qabıqdan çıxır” – RƏY

“İran bölgədə sabitlik olmaması üçün dəridən-qabıqdan çıxır”. Bu fikirləri “Report”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, İran bu gün Azərbaycana qarşı Ermənistan qədər, bəlkə də ondan çox düşmən mövqe sərgiləyir: “İranla Ermənistanı birləşdirən əsas məqam da budur”. V.İskəndərov qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı İranın ermənilərlə sövdələşmə faktını – ASALA-nın rəhbərlərindən […]

Siyasət

Soltan Məmmədov: “Fransa Milli Assambleyasının qərəzli qətnaməsi beynəlxalq hüquqa açıq hörmətsizlikdir”

“Fransa Milli Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə ölkələrimiz arasında münasibətlərə daha bir zərbə və beynəlxalq hüquqa açıq hörmətsizlikdir. Hesab edirəm ki, bu, Azərbaycan cəmiyyətində Fransaya olan etimadsızlığın əsaslı olduğunu bir daha sübut etdi”. Bunu APA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib. O qeyd edib ki, daha əvvəl […]

Cəmiyyət

Bakıda sərnişin avtobusu işıq dirəyinə, daha sonra ağaca çırpıldı

Bakının Səbail rayonunda yol qəzası baş verib. APA xəbər verir ki, hadisə Şeyx Şamil küçəsində qeydə alınıb. Belə ki, 31 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan “Daewoo” markalı sərnişin avtobusunun sürücüsü sükana nəzarəti itirərək yol kənarında əvvəlcə işıq dirəyinə çırpılaraq dirəyi aşırıb. İdarəetmədən çıxan avtobus ağaca dəyərək dayanıb. Qəzada xəsarət alanın olduğu deyilir. Xeberal.az