Hadisə

Xəzər TV-nin efirində ekspertdən tərbiyyəsizlik, vəkilin üstünə su tökdü – VİDEO

Sharing is caring!

“Xəzər TV”də yayımlanan “Təsir dairəsi” verilişində ekspertlər arasında dava düşüb.

Xəbəral.az xəbər verir ki, mübahisə vəkil Şəfiqə Nağıyevayla jurnalist-şair Anar Vəziroğlu arasında olub. Canlı yayım zamanı Vəziroğlu ayağa qalxaraq verilişin aparıcısı Lalə Azərtaşa “Bura söz meydanıdır, yoxsa at meydanıdır” deyə sual ünvanlayıb. O, isə “Bura söz, haqq medanıdır” cavabını verib.

Daha sonra A.Vəziroğlu üstünü göstərərk “Bunu kim edib, özünü vəkil hesab edən qadın. Niyə etmisən” sualını verərək gözlənilmədən Ş.Nağıyevanın üzərinə su atıb. Təhlükəsizlik əməkdaşları dərhal vəkili studiyadan uzaqlaşdırıblar.   

Lalə Azərtaş isə açıqlama verərək “Əslində bu hadisə reklam zamanı baş vermişdi. Üstündəən keçdim, heç mövzuya toxunmadım. Mən tamaşaçıma hörmət qoyuram. Reklam fasiləsində mənim üstüm belə su olmuşdu. Bu hadisə yaşanmışdı, gözləmirdim ki, canlı efirdə də təkrar edə bilərlər. Bu, mənə qarşı, “Təsir dairəsi”nə qarşı hörmətsizlik idi, Şəfiqə xanıma yox”, deyib

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir