Siyasət

“İran bölgədə sabitlik olmaması üçün dəridən-qabıqdan çıxır” – RƏY

Sharing is caring!

“İran bölgədə sabitlik olmaması üçün dəridən-qabıqdan çıxır”.

Bu fikirləri “Report”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, İran bu gün Azərbaycana qarşı Ermənistan qədər, bəlkə də ondan çox düşmən mövqe sərgiləyir:

“İranla Ermənistanı birləşdirən əsas məqam da budur”.

V.İskəndərov qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı İranın ermənilərlə sövdələşmə faktını – ASALA-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyan Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşü haqda məlumatı da bura əlavə etsək mənzərə tam aydın olur:

“Bir sözlə, İran Azərbaycana dost yox, düşmən münasibətindən heç zaman əl çəkməyib”.


 
Deputat xatırladıb ki, Azərbaycan hər zaman regionda və dünyada sülh, sabitlik və inkişaf üçün çalışıb:

“Ölkəmiz bu siyasətə o qədər sadiqdir ki, hətta iki il öncə 44 günlük Vətən müharibəsində qalib gəlməsinə baxmayaraq regionun sabitliyi və inkişafı üçün növbəti təşəbbüslərlə çıxış etdi. Özü də bu zaman region ölkələrinin hamısının, hətta Ermənistanın da bu prosesdə iştirakına etiraz etmədi. Bizimlə qonşu olan ölkələrin də bu xoşməramlı addıma müsbət cavab verəcəyini gözləmək olardı. Təəssüf ki, İranın timsalında biz bunun əksini gördük”.
Parlament üzvü vurğulayıb ki, İran bölgədə əbədi sülh və sabitliyin əldə olunmaması üçün dəridən-qabıqdan çıxır:

“30 il müddətində bir yandan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verən İran bu gün də öz xislətinə sadiq qalmaqdadır. Bu ölkə indi də Qarabağ münaqişəsinin bitməsindən sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün bütün vasitələrə əl atır”.
 
O qeyd edib ki, əslində, İranın bu cür mövqe sərgiləməsi təəccüblü deyil:

“O mənada ki, bu ölkə hər zaman Azərbaycan düşmənliyi, türk düşmənliyi mövqeyi sərgiləyib. Elə 44 günlük müharibə zamanı dı, sonra da Azərbaycana qarşı sərgilədiyi mövqeyi ilə də İran hansı məzhəbə qulluq etdiyini bir daha ortaya qoydu. Onu da unutmaq olmaz ki, bir neçə il əvvəl azərbaycanlıları “tarakana” bənzədən İran mediası bununla əslində, İran rejiminin mahiyyətini nümayiş etdirmişdi. Həmçinin, bir müddət əvvəl Bakı Biznes Mərkəzindəki tədbirdə Prezident İlham Əliyevə qərəzli sual ünvanlayan iranlı jurnalistin davranışı, İran parlamentində, İran mediasında, İran ordusunda, İranın ayrı-ayrı beyin mərkəzlərində outranların gecə-gündüz Azərbaycanı hədələmələri v s. məqamlar da diqqətdən yayınmayıb. Əslində, bütün bunlar ayrı-ayrı qurum təmsilçilərinin, o cümlədən medianın və ya jurnalistin yox, onları təlimatlandıran İran rejiminin Azərbaycana və azərbaycanlılara münasibətidir”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir