Cəmiyyət

Bakıda zəncirvari qəza: Beş avtomobil toqquşdu

Sharing is caring!

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“KIA” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törədib.

Nəticədə iki “Mercedes”, “Chevrolet” və “Toyota Prius” markalı avtomobillər toqquşub.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gəlib.

Baş vermiş qəza nəticəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir