İdman

Danimarka Futbol İttifaqı FIFA-dan çıxa bilər

Danimarka Futbol Assosiasiyası dünya çempionatında LGBT nümayəndələrinə dəstək məqsədilə kapitan sarğılarının qadağan edilməsi ilə bağlı qalmaqal fonunda FİFA-dan çıxmaq imkanını müzakirə etməyə hazırdır. Bu barədə qurumun rəhbəri Yesper Meller bildirib. O, FİFA-nın Qətərdə keçirilən turnirlərdə “One Love” yazısı olan kapitan sarğılarını qadağan etməsinin Danimarka Futbol Assosiasiyasının “qəzəbinə səbəb olduğunu” deyib. “FIFA-dan mümkün çıxış ilə bağlı […]

Dünya

Rusiyada mədəniyyət xadimləri üçün Şərəf Məcəlləsi hazırlanıb

Mədəniyyət xadimlərinin Şərəf Məcəlləsi “Rusiya Mədəniyyət Cəbhəsi” ictimai hərəkatı tərəfindən hazırlanıb. Bu barədə noyabrın 23-də Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı, İctimai və Dini Birliklər Məsələləri Komitəsi sədrinin birinci müavini Nikolay Burlyayev məlumat verib. Burlyaev Rusiyanın bütün şəhərlərində Rusiya Mədəniyyət Cəbhəsi hərəkatının filiallarının açılacağını da bildirib. Siyasətçinin sözlərinə görə, məcəllə “sənət” və “əyləncə” anlayışlarını ayırmağı təklif […]

Siyasət

Xankəndiyə nə vaxt qayıdacağıq? – AÇIQLAMA + VİDEO

“Sülhməramlılar 10 noyabr bəyanatında nəzərdə tutulan müddətdən artıq bir gündə olsun Azərbaycan ərazilərində qala bilməyəcəklər”. Bu sözləri siyasi şərhçi Elçin Mirzəbəyli azərbaycanlıların Xankəndiyə qayıdacağı tarix barədə danışarkən deyib. O bildirib ki, sözügedən bəyanatda yerinə yetirilməyən şərtlərin içərisində BMT Qaçqınlar üzrə Komissarlığının iştirakı ilə azərbaycanlı məcburi köçkünlərin Xankəndiyə və digər azad edilən ərazilərə qayıtmaları məsələsi var: “Əgər Rusiya bu istiqamətdə addım atmırsa, […]

İdman

Ronalduya iki oyunluq cəza və 50 min funt sterlinq cərimə verildi

Kriştianu Ronaldu autizmli uşağa qarşı aqressiv hərəkətlərinə görə cəzalandırılıb. Aprel ayında portuqaliyalı xəstə azyaşlının mobil telefonunu sındırıb. Hadisə Premyer Liqanın 32-ci turunda “Mançester Yunayted”in “Everton”la oyunundan (0:1) sonra baş verib. İnsidentdən az sonra hücumçu üzr istəyib. İngiltərə Futbol Assosiasiyası 37 yaşlı futbolçunun hərəkətini “nalayiq və zorakı” kimi qiymətləndirib. Buna görə də Ronaldu iki oyunluq cəzalandırılıb […]

Dünya

“Mothercare” Rusiyadakı biznesini satdı

Geyim distribyutoru və satıcısı “Camilko” şirkəti Rusiyada “Mothercare”, “Victoria’s Secret” və digər brendlərin françayzinq hüquqlarına sahib “Monex Trading”in 99,99%-ni alıb. Şirkətin digər 0,01% isə “Camilko” ilə əlaqəli Kiprdən olan hüquqi şəxs “Losford Trading Ltd”-yə satılıb. Qeyd edək ki, “Monex Trading” Yaxın Şərqin pərakəndə satış şirkəti “Alshaya Group”a məxsusdur. İyun ayında o, Rusiyada bütün pərakəndə və […]

Dünya

İranlı futbolçular himni oxumadıqlarına görə repressiyalarla üzləşə bilər – VİDEO

İran millisi dünya çempionatının qalan oyunlarında da dövlət himnini oxumaqdan imtina edərlərsə, komanda repressiyalarla üzləşə bilər. Bu barədə Tehran rəsmilərinin bəyanatlarından aydın olur. Belə ki, Tehran şəhər şurasının sədri Mehdi Çamran iranlı futbolçuların İngiltərə yığması ilə oyundan əvvəl himn oxumamasını kəskin tənqid edib və bunun cəzasız qalmayacağını bildirib. “Biz heç vaxt imkan vermərik ki, kimsə […]

Müharibə

Müdafiə Nazirliyi: “Azərbaycan ordusunun erməni hərbçini yaralaması xəbəri yalandır”

Noyabrın 23-ü saat 13:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – nazirlik vurğulayıb. Xeberal.az

Dünya

İtaliyanın mənzərəli şəhərinə köçənlərə 30 min avro ödənəcək

İtaliyanın Apuliya bölgəsində yerləşən mənzərəli Presiççe şəhərinin hakimiyyəti oraya köçmək istəyənlərə 30 min avroya qədər pul ödəyəcək. Bu pul şəhərdə daimi yaşamaq üçün boş mənzil almaq qərarına gələnlərə veriləcək.   Lakin pul məhz boş mənzillərin alınmasına xərclənməlidir. Bu təklif çərçivəsində satışa çıxarılan evlərin qiyməti 25 min avrodan başlayır. İtaliyada satışa çıxarılan digər ucuz daşınmaz əmlak […]

Dünya

İsveçrə Aİ-nin Rusiyaya qarşı səkkizinci sanksiyalar paketinə qoşuldu

İsveçrə Avropa İttifaqının ardınca Ukraynaya qarşı müharibə ilə bağlı Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini qəbul edib. Bu barədə çərşənbə günü İsveçrə hökuməti – Federal Şura məlumat yayıb. “Noyabrın 23-də Federal Şura Rusiyaya qarşı növbəti sanksiyaları qəbul edib. Beləliklə, İsveçrə Avropa İttifaqının səkkizinci sanksiyalar paketi çərçivəsində təsdiq etdiyi son tədbirlərə qoşulub”, – məlumatda deyilir. Berndə xatırladıblar […]

Dünya

Cənubi Koreya prezidenti İlon Maskı ölkəyə sərmayə qoymağa çağırdı – FOTO

Cənubi Koreya Prezidenti Yun Sok-Yol “Tesla” şirkətinin baş direktoru İlon Mask ilə videokonfrans keçirərək onu Cənubi Koreya iqtisadiyyatına investisiya qoymağa çağırıb. Bu barədə Cənubi Koreya liderinin ofisindən məlumat verilib. Bildirilir ki, prezident Maskın Asiyada “Tesla” avtomobil şirkəti üçün “meqafabrik” tikmək planlarını dinləyib və Cənubi Koreya avtomobil sənayesinin üstünlüyünə işarə edərək Koreya Respublikasına sərmayə qoymağa çağırıb. […]