Dünya

Böyük Britaniya ilk dəfə Ukraynaya helikopterlər verəcək

Ukrayna Böyük Britaniyadan üç ədəd “Sea King” helikopteri alacaq. London ilk dəfə Kiyevə helikopterlər verir. Ukraynaya yeni hərbi yardım paketi çərçivəsində 10 min artilleriya mərmisi də veriləcək. Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles noyabrın 23-də hərbi yardımın genişləndirildiyini açıqlayıb. Qeyd edək ki, “Westland WS-61 Sea King” helikopterləri kəşfiyyat və axtarış-xilasetmə əməliyyatları üçün istifadə edilə bilər. […]

Dünya

Ukraynaya Xəzər dənizindən onlarla raket atıldı

Noyabrın 23-də hava hücumundan müdafiə qüvvələri Ukraynanın kütləvi atəşə tutulması zamanı 70 raketdən 51-ni məhv edib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Hərbçilərin məlumatına görə, işğalçılar 10 ədəd Tu-95ms təyyarəsi vasitəsilə Rostov vilayətinin Volqodonsk rayonundan və Xəzər dənizindən, həmçinin Qara dənizdən iki kiçik raket kateri vasitəsilə zərbələr endiriblər. “Ümumilikdə, təxminən 70 ədəd X-101/X-555 […]

Dünya

NASA Günəşin “qaşqabaqlı” şəklini paylaşdı – FOTO

ABŞ Kosmik və Aviasiya Administrasiyasının (NASA) Günəş Dinamikası Rəsədxanası Günəşin yeni fotosunu dərc edib. Fotoda Günəşin “qaşqabaqlı” olduğu bildirilib.   Belə ki, Günəş Dinamikası Rəsədxanası daha əvvəl Günəşin “gülümsədiyi” fotosunu paylaşmışdı. Yeni görüntülərdə isə Günəş “qaşqabağını tökdüyü” müşahidə olunur. “Keçən ay yayımlanan gülərüz simadan sonra Günəşin indiki əhval-ruhiyyəsi… O, əsəbi və qaşqabaqlı görünür”, – deyə […]

Siyasət

Putin Paşinyanla bölgədəki münaqişənin tənzimlənməsini müzakirə edib

“Biz hələ avtomobildə gedərkən regional xarakterli məsələləri, o cümlədən bölgədəki münaqişənin tənzimlənməsi məsələlərini müzakirə edirdik”. Bunu Rusiya Prezidenti Vladimir Putin İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bəyan edib. O qeyd edib ki, hökumət başçısıyla bölgədəki nəqliyyat yollarının açılmasından da danışıb. Paşinyan isə öz növbəsində rusiyalı həmkarı ilə regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu təsdiqləyib. “Sizin köməyinizlə, vasitəçiliyinizlə […]

Dünya

Rusiyada səkkiz yaşlı uşaq sükan arxasına keçib iki maşını vurdu – VIDEO

Rusiyanın Krasnodar vilayətinin Anapa şəhərində səkkiz yaşlı uşaq yol-nəqliyyat hadisənin səbəbkarı olub. Belə ki, azyaşlı atasına məxsus “Ford Transit” markalı park edilmiş avtomobili işə salıb və binanın həyətində sürməyə başlayıb. Bu zaman o, idarəetməni itirərək dayanmış iki avtomobillə toqquşub. Hadisə şahidi avtomobili uşağın idarə etdiyini gördükdə polisə məlumat verib. Dərhal polis əməkdaşları əraziyə gəliblər. Onlar uşağı atası ilə […]

Siyasət

İran səfiri Azərbaycan XİN-in sözçüsü ilə görüşdü – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və İranın Azərbaycandakı səfiri Abbas Musəvi arasında görüş keçirilib. Bu barədə İran səfirliyi “Telegram”da məlumat yayıb. Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərdəki son hadisələr nəzərdən keçirilib, eyni zamanda ikitərəfli, regional və beynəlxalq məsələlərdə iki ölkənin mövqeləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə media sahəsində əməkdaşlıq və iki ölkə arasında […]

Mədəniyyət

Azərbaycanda 16-cı əsrə aid heykəl aşkarlandı – VİDEO

Cəlilabadın Buravar kəndində yerləşən köhnə qəbiristanlıqlarda daş buğa və daş qoç fiqurları aşkar edilib. Baku TV-yə açıqlama verən tarixçi Elşad Əmənov Cəlilabadın tarixin üstündə tikildiyini qeyd edib: “Yerin altında neolit, mezolit dövrünə qədər faktlarımız var. Kiçik ölçülü qoç fiqurunun uzunluğu təxminən 70 santimetr, hündürlüyü 30-35 santimetrdir. Sözügedən heykəl təxminən 16-cı əsrə aiddir”. Daha ətraflı süjetdə: Xeberal.az

Müsahibə

Dünya və Avropa çempionu Eduard Məmmədov rekordundan danışdı – VİDEO

“Avropa çempionatına favorit kimi yollanmışdıq”. Bu sözləri dünya və Avropa çempionu Eduard Məmmədov Baku TV-yə müsahibəsi zamanı deyib. E.Məmmədov özünün və tələbəsi Anar Məmmədovun keçən il İtaliyada dünya çempionu olmaları barədə danışıb: “Çox yaxşı məşq toplantıları keçirmişdik. Çıxışımızla dörd qızıl, beş gümüş və yeddi bürünc medal qazandıq. Bu, gözəl nəticədir. Mən yarışa həm idmançı həm də, məşqçi kimi […]