Cəmiyyət

Gədəbəydə oğul anasına görə atasını döyüb öldürdü – TƏFƏRRÜAT + VİDEO

Gədəbəydə ailə daxilində faciə ilə nəticələnən mübahisənin təfərrüatı məlum olub. Xezerxeber.az-ın məlumatına görə, iddia edilir ki, Asəf Cəfərov anasına xəsarət yetirdiyinə görə atasını döyərək ağır xəsarətlər yetirib. Kişi də həyat yoldaşının ardınca xəstəxanaya yerləşdirilib. Bildirilib ki, rayonun Düzyurd kənd sakini Vaqif Cəfərov ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirib. Qadın Gədəbəy Rayon Mərkəzi […]

İdman

Almaniya millisini Bundesliqa oyunçuları məğlub etdilər

Yaponiya yığması Almaniya ilə DÇ matçında əzmkar qələbə qazanıblar. Oxu.Az xəbər verir ki, matçın 75-ci dəqiqəsinədək yaponlar 0:1 hesabı ilə geridə olsalar da, məhz həmin anda Ritsu Doan hesabı bərabərləşdirib. 83-cü dəqiqədə isə Takuma Asano Yaponiyanın qələbəsini təmin edən qolu vurub. Maraqlıdır ki, Yaponiyanın heyətində Almaniyaya 9 dəqiqəyə iki qol vuran hər iki oyunçu – […]

Cəmiyyət

Yasamalın bir hissəsinə suyun verilişinin dayandırılmasının səbəbi AÇIQLANDI

Bakının Yasamal rayonunun bir hissəsinə suyun verilişi dayandırılıb. Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib. Bildirilib ki, nasos stansiyasında baş vermiş nasazlıqla əlaqədar Yasamal rayonunun Şərifzadə, Zərdabi, A.Abbasov və N.Hikmət küçələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb. “Hazırda qəza-bərpa xidmətinin əməkdaşları nasazlığın aradan qaldırılması üçün ərazidə işləyir”, – deyə məlumatda qeyd olunub. Xeberal.az

Cəmiyyət

Ağdaşda azyaşlı su arxında boğuldu

Ağdaş rayon sakini su arxında boğularaq ölüb Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bugün saat 16 radələrində Ağdaş rayon sakini 2019-cu il təvəllüdlü M. Ağayevin yaşadığı evin yaxınlığındakı su arxına düşməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Polis, prokurorluq və FHN əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və azyaşlının […]

Dünya

Rusiya Dövlət Dumasının deputatı: “Ermənistan qeyri-qanuni dövlətdir” – VİDEO

“Ermənistan qeyri-qanuni dövlətdir, lakin onunla rusofobiya ilə bağlı məsələni qanuna uyğun həll etmək lazımdır”. Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fedorov İrəvanda keçirilən anti-Rusiya mitinqlərini belə şərh edib. “Ermənistanda hakimiyyəti Kiyevdəki kimi narıncı inqilab prosesində ABŞ tərəfindən təyin olunub. Ancaq onun yaşaması məsələsi Rusiya Federasiyasından asılıdır. Qeyri-qanuni dövlət quruluşunda rusofobiya məsələsini qanuna uyğun olaraq həll etmək […]

Cəmiyyət

Kürdəmirin problemləri: İnternet çəkilişi yarımçıq qalıb – FOTO

Kürdəmir rayonunun Sor-Sor kəndinə internet xəttinin çəkilməsi yarımçıq qalıb. Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, kəndin bir hissəsi internet və telefon xətti ilə təmin edildiyi halda, digər hissəsi bundan kənarda qalıb. Sakinlər deyirlər ki, kənd naməlum səbəblərdən hələ də tam internetləşdirilməyib. Yerli əhali bir müddət əvvəl kəndin internet […]

Kriminal

Narkotik satan daha 42 nəfər tutulub – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları eyni anda paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşqul olan şəxslərə qarşı əməliyyatlar keçirib. DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyatlar zamanı 42 nəfər saxlanılıb, 49 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Polisə paytaxt istiqamətində hərəkətdə olan “VAZ 2108” markalı avtomobildə külli miqdarda narkotik maddəllərin daşındığı barədə əməliyyat məlumatı daxil […]

Şou-Biznes

Bir həftə əvvəl evlənən tanınmış aktrisa HAMİLƏDİR

Türkiyənin tanınmış aktrisası Aslı Ənvər hamilə imiş. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aktrisa 1 həftə əvvəl altı aydır münasibətdə olduğu Berkin Gökbudakla ailə qurub. Cütlük ailə arasında sadə nikah mərasimi keçirib. Onların birdən-birə evlilik qərarı izləyicilərini təəccübləndirmişdi. Qeyd edək ki, bu Aslı Ənvərin ikinci evliliyidir.