Dünya

İlon Mask Ukrayna şirkətini məhkəməyə verdi

Dünyanın ən varlı adamı, amerikalı biznesmen İlon Maskın “SpaceX” şirkəti Ukraynanın “Starlink” MMC və “Ukrpatent” şirkətlərini məhkəməyə verib. Buna səbəb, milyarderin fikrincə “Starlink” ticarət nişanının məhz ABŞ şirkətinə məxsus olması olub. Halbuki, Ukraynanın “Starlink” MMC şirkəti dövlət əmtəə nişanı reyestrinə əsasən, qeydiyyat üçün hələ 2010-cu ilin martında müraciət edib. Markanın özü isə 2011-ci ilin fevralında […]

Cəmiyyət

Qəbələdə doqquz yaşlı uşağı avtomobil vurdu

Qəbələ rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Əhmədov Xəyal Elsevər oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

Cəmiyyət

Qala qəsəbəsinin çarəsi tapılmayan yol dərdi – VİDEO

Bakının Qala qəsəbəsində yol və su problemi yaşanır. Sakinlər bildirib ki, onlar üzləşdikləri problemlərlə bağlı dəfələrlə aidiyyəti qurumlarla müraciət etsələr də, dərdlərinə çarə tapmayıblar. Sakinlərdən birinin sözlərinə görə, əraziyə Təcili Tibbi Yardım belə gələ bilmir. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az