Cəmiyyət

Kürdəmirdə üç ailənin yaşadığı ev külə döndü – FOTO

Kürdəmir rayonunda üç ailənin yaşadığı fərdi yaşayış evində yanğın olub. “Report” xəbər verir ki, hadisə rayonun Atakişilli kəndində qeydə alınıb. Belə ki, kənd sakini Abışov Maşallah Ağakişi oğluna məxsus ikimərtəbəli altı otaqlı, ümumi sahəsi 280 kv.m olan evin 140 kvadrat metr hissəsi əşyaları ilə birlikdə yanaraq külə dönüb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından […]

Dünya

Hindistanda polis insanlara atəş açdı: Ölənlər var – FOTO

Hindistanın şərqindəki Assam ştatında polis və meşə mühafizəçiləri insanları atəşə tutublar, nəticədə altı nəfər ölüb. Hadisə Assam və Meqhalaya ştatlarının sərhədində baş verib. Belə ki, polis qaçaqmal taxta-şalban yüklənmiş yük maşınını saxlayıb. Baş verənləri izləmək üçün toplaşan yerli sakinlər polisi mühasirəyə alıblar. Baş verən çaxnaşma səbəbindən hüquq-mühafizə orqanlarının əməkdaşları camaata atəş açıblar. Səlahiyyətlilər hadisəni araşdıracaqlar. Mənbə: […]

Dünya

Ukraynada cəmi üç atom elektrik stansiyası salamat qalıb

Üç atom elektrik stansiyası istisna olmaqla Ukraynanın bütün elektrik stansiyaları bu və ya digər dərəcədə zədələnib. Bunu “Ukrenerqo” milli enerji şirkətinin rəhbəri Volodimir Kudritski bildirib. “Bizim demək olar ki, heç bir SES və İES-imiz qalmayıb, Ukrayna hökumətinin nəzarətində olan ərazidə yerləşən üç atom elektrik stansiyası (Roven, Xmelnitski, Cənubi Ukrayna) istisna olmaqla, bütün digər iri elektrik stansiyaları zədələnib”, […]

Dünya

Məşhur aktrisa Aslı Enver hamilə olduğu üçün külli miqdarda təzminat ödəyəcək

Məşhur türkiyəli aktrisa Aslı Enver hamiləliyi səbəbindən təzminat ödəyəcək. Ötən həftə Berkin Gökbudakla səssiz-sədasız evlənən Aslı Enverin hamilə olduğu iddia edilib. Həmçinin aktrisanın bu səbəbdən “Benim adım Farah” serialından ayrıldığı da məlum olub. Kulislərdə yayılan xəbərlərə görə, Aslı Enverə hamiləliyinin ilk aylarında olduğu üçün qarnı böyüyənə qədər layihəni davam etdirməsi təklif olunub. Lakin 38 yaşlı […]

Mədəniyyət

Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür

Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir Hacıbəyovun vəfat etməsindən 74 il ötür. Sənətkar 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyov Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib. […]

Təhsil

Zərdab rayonu Miqdar Umudov adına Xasa kənd orta məktəbinin direktoru : Mən dövlətin qanundan kənara çıxa bilmərəm – AÇIQLAMA

Xəbəral.az saytı bir neçə gün öncə, vəndaş Rusif Məmmədovun şikayəti əsasında, Zərdab rayonu Miqdar Umudov adına Xasa kənd orta məktəbi ilə bağlı, “Zərdab Rayonu Xasa Kənd Miqdar Umudov Adına Orta Məktəbin Direktoru Vətəndaşı Işlədib, Maaşı Öz Qohumunun Adına Yazıb Mənimsədi – İDDİA” başlıqlı yazı dərc etmişdir. Yazını olduğu kimi sizlərə təqdim edirik: Xəbəral.az – a Zərdab […]

Dünya

“Avroviziya”da səsvermədə yenilik olacaq

Avropa Yayım Birliyi 2023-cü ildə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsilə bağlı yenilikləri açıqlayıb. Artıq müsabiqədə iştirak etməyən ölkələrdən olan tamaşaçılar da “Avroviziya”nın qalibinə səs verə biləcəklər. Həmçinin, yeni mövsümdə hansı ölkələrin yarımfinala yüksələcəyini yalnız tamaşaçılar müəyyən edəcək. Finalda isə qalibi müəyyən etmək üçün münsiflər heyətinin səsləri əvvəlki kimi tamaşaçıların səsləri ilə birləşdiriləcək. Qeyd edək ki, […]

Dünya

Borrell: “Türkiyə anti-Rusiya sanksiyalarından yan keçmir”

Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Türkiyə hakimiyyəti sanksiyalarla qadağan olunmuş Aİ mallarının Türkiyə üzərindən Rusiyaya təkrar ixracının aparıldığını göstərən məlumatlar verib. Strasburqda keçirilən plenar iclasda Avropa Parlamentinin deputatlarının suallarını cavablandıran Borrell bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışdığını deyib. “O, mənə Avropa İttifaqından Türkiyəyə idxal axını və Türkiyədən Rusiya Federasiyasına […]

Dünya

Bayden İrana qarşı bütün variantları nəzərdən keçirəcək

ABŞ prezidenti Co Bayden Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirəcək. Bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Ondan Tehranın Fordodakı nüvə obyektində IR-6 sentrifuqaları kaskadından istifadə etməklə uranı 60%-ə qədər zənginləşdirməyə başlaması ilə bağlı yayılan xəbərlərə münasibət […]