Siyasət

Ermənistanın Qarabağla bağlı KTMT hiyləsi – VİDEO

Bir müddətdir Ermənistanda yaşanan qarışıqlıq Vladimir Putinin səfəri çərçivəsində mitinq səviyyəsinə qalxıb. İllərdir Cənubi Qafqazda ermənilərin dadına çatan Rusiya indi onların gözündə düşmən və işəyaramaz pozisiyasındadır. Əlbəttə ki, Rusiyanın forpostu olan bir ölkədə, bu gün yediyi qaba tüpürürlərsə, burada Nikol Paşinyanın böyük əməyi var. Bu gün KTMT sammiti çərçivəsində İrəvana səfər edən Rusiya lideri kütləvi etirazlarla qarşılanıb. […]

Cəmiyyət

Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərləndi, ölən var

Gəncədə dörd nəfər dəm qazından zəhərlənib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər Dədəqorqud küçəsində dəm qazından zəhərlənmə barədə məlumat daxil olub. Polis əməkdaşları və şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zaman 2020-ci il təvəllüdlü Z.İsayevanın dəm qazından zəhərlənərək öldüyü, Zeynəb […]

Siyasət

Putin: “Ümid edirik ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi bağlamaq mümkün olacaq”

Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanacağına ümid edir. O, bu barədə çərşənbə günü İrəvanda keçirilən KTMT sammitindəki çıxışı zamanı bildirib. Putin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin oktyabrın sonunda Soçidə baş tutan sammitini müsbət qiymətləndirib. O, həmçinin qeyd edib ki, aparılan danışıqlar fundamental məsələlər üzrə gələcək kompromislər üçün yaxşı zəmin yaradıb. […]

Cəmiyyət

Siyasətdə özünü dəcəl aparan Paşinyana Putindən diplomatik dərs – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Siyasətdə özünü dəcəl aparan Paşinyana Putindən diplomatik dərs. Rusiya lideri onu maşınına oturtdu, Ermənistanın bayrağı isə baş nazirin avtomobilindən götürüldü. Ağdamda 15 insanın sümüyü aşkarlandı. Prokurorluq kütləvi məzarlıqla bağlı araşdırmaya başladı. Azərbaycanda köhnə avtomobillər sahibindən alınacaq. Çoxdan gözlənilən yeniliyin detalları Baku News-da. Evində vəhşi qartal saxlayan kim, ilanları həyətində […]

Cəmiyyət

Evdə vəhşi heyvan saxlamaq qanunla necə tənzimlənir? – VİDEO

Ötən əsrin 80-ci illərində Bərbərovlar ailəsi evdə şir bəsləyirdi. Lakin sonradan şir öz təbiətinə uyğun davranış nümayiş etdirdi, ailə üzvlərindən birini parçalayıb yedi. Həmin hadisə dünyaya səs saldı.   Buna baxmayaraq, indiyə kimi bu cür hallara rast gəlmək olur. Azərbaycanda hələ də ev şəraitində yırtıcıları, vəhşi heyvanları saxlayanlar var.    Bu cür heyvan və quşları adətən […]

Siyasət

“Putin Paşinyanın gözlədiyi cavabı verməyəcək” – ŞƏRH

“Vladimir Putin Cənubi Qafqazda Azərbaycanın maraqlarını və Azərbaycanın Türkiyə ilə müttəfiq olmasını nəzərə almalıdır. Çünki bu gün Rusiya dünyadan təcrid olunub, qərbin sanksiyaları ilə üz-üzədir. Azərbaycanı itirmək Türkiyəni itirmək deməkdir. İki mühüm strateji əhəmiyyətli ölkəni itirmək isə indiki halda Rusiyanın maraqlarına xidmət etmir. Ona görə də Putin Paşinyanın gözlədiyi cavabı verməyəcək. Bundan əlavə, son dönəmlər […]

İqtisadiyyat

“Araz Vadisi İqtisadi Zonası”nda mobil şəhərcik salınıb – FOTO

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında mobil şəhərciyin salınması istiqamətində işlər artıq yekunlaşıb. Bu barədə İZİA məlumat yayıb. Bildirilib ki, mobil şəhərcikdə konteyner tipli yataqxanalar, ofis, aptek, anbar, mağazalar, yeməkxana və digər xidmət obyektləri yaradılıb. Mobilizasiya şəhərciyinə asfalt yol çəkilib, park salınıb və abadlıq işləri tamamlanıb. Sənaye Parkının […]

İdman

DÇ-2022: İspaniya və Kosta Rika yığmalarının start heyətləri AÇIQLANDI

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turunda üz-üzə gələcək İspaniya və Kosta Rika yığmalarının start heyətləri açıqlanıb. Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar: İspaniya: Unay Simon, Sesar Asplikueta, Emerik Lyaport, Serxio Busgets, Jordi Alba, Rodri, Pedri, Qavi, Dani Olmo, Marko Asensio, Ferran Torres Kosta Rika: Keylor Navas, Karlos Martines, Keyşer Fuller, Oskar Duarte, Fransisko Kalvo, […]

Siyasət

Nyu-Yorkda bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirildi – FOTO

ABŞ-ın Nyu-York şəhərindəki məşhur “Carnegie Hall” konsert zalında Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə “Bridge of Friendship” (“Dostluq körpüsü”) adlı konsert keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, ABŞ-dakı Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilən konsert Azərbaycan musiqi və diaspor tarixində ilk dəfə olaraq […]

Cəmiyyət

Qubada itkin düşən 69 yaşlı kişinin meyiti tapıldı – FOTO

Qubada itkin düşən 69 yaşlı kişinin meyiti tapılıb. APA-nın məlumatına görə, Xaltan kənd sakini 1953-cü il İskəndərov Ağaxan Ələkbər oğlu cəsədi kənddən bir neçə km araladı dağlıq ərazidə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qeyd edək ki, A.İskəndərov oktyabrın 15-i evdən çıxıb və bir daha geri qayıtmayıb. Xeberal.az