Türkiyənin tanınmış aktrisası Merve Boluğur təşkilatçı, dicey Mert Aydından boşanıb. Lent.az xəbər verir ki, məhkəmə bu gün baş tutub. Məlum olub ki, Türkiyənin Beykoz Məhkəməsi onların barəsində 1 saatdan az müddətdə qərar çıxarıb. Merve məhkəmədən çıxanda jurnalistlərin suallarına cavab verməyib. Mert isə açıqlamasında deyib: "Olmadı, davam etdirə bilmədik. Merveyə hər şey üçün çox təşəkkür edirəm". Qeyd […]
Day: Aprel 18, 2024
Lukaşenko: “Minskin KTMT-dəki prioriteti Bakı ilə İrəvan arasında münaqişənin həlli olacaq”
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi dövründə prioritetlərindən biri Azərbaycan və Ermənistan arasında münaqişənin həlli olacaq. O, bunu çərşənbə günü KTMT Kollektiv Təhlükəsizlik Şurasının İrəvanda keçirilən məhdud formatdaki sessiyasında deyib. “Müəyyən ciddi nüanslar var, amma biz yenidən alovlana biləcək bu münaqişəni indi əsaslı şəkildə həll edə bilərik”, – […]
DÇ-2022: Belçika və Kanada yığmalarının start heyətləri AÇIQLANDI
Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunda üz-üzə gələcək Belçika və Kanada yığmalarının start heyətləri bəlli olub. Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar: Belçika: Tibo Kurtua, Yan Vertongen, Tobi Alderveyreld, Leander Dendonker, Aksel Vitsel, Kevin De Brüyne, Yannik Karrasko, Timoti Kastan, Eden Azar, Mişi Batşuayi, Yuri Tilemans Kanada: Milan Boryan, Alister Conston, Stiven Vitoriya, […]
Bakıda sürücülərə problem yaradan yol: “Ərazidəki yol nişanı düzgün deyil” – VİDEO
Bakıda ikizolaqlı yolun bir zolağı daha çox istifadə olunduğundan sürücülərə problem yaradır. Xezerxeber.az-ın məlumatına görə, söhbət konkret olaraq kənar dairəvi yoldan gedir. Yolun əsas yola birləşən hissəsində yalnız sola dönmə nişanı çəkildiyindən, düzünə hərəkət edən sürücülərə yol polisi əməkdaşları tərəfindən cərimə tətbiq olunur. Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, normativlərə nəzərən sözgüdən ərazidəki […]
Bakıda qırmızı işıqdan keçən motosikletçini avtomobil vurdu – FOTO
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, 99-TD-698 dövlət nömrə nişanlı avtomobil Yüsif Səfərov küçəsi ilə hərəkətdə olarkən bu zaman Mehdi Mehdizadə küçəsində hərəkətdə olan motosikletçi işıqforun qırmızı işığında yolu keçərkən onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Motosiklet sürücüsünün kimliyi hələ ki məlum olmayıb. Hadisənin təfərrüatı […]
Türkiyədə zəlzələ nəticəsində zərərçəkənlərin sayı artıb – FOTO
Türkiyənin səhiyyə naziri Fahrettin Koca çərşənbə günü bildirib ki, ölkənin şimal-qərbində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı artıb. “Son məlumatlara görə, Düzce vilayətində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 93-ə çatıb”, – nazir “Twitter”də yazıb. Məlumata görə, yaralıların əksəriyyəti – 37 nəfər Düzcədədir və onlardan birinin vəziyyəti ağırdır. Türkiyənin eyni bölgəsində yerləşən Sakarya vilayətində 26, […]
Serbiyadan Prezident İlham Əliyevə jest: Qırıcılar havaya qaldırıldı
Serbiya hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə ehtiram nümayiş etdirib. “Caliber” xəbər verir ki, Serbiya qırıcıları dövlət başçısının təyyarəsini müşayət etmək üçün havaya qaldırılıb. Xatırladaq ki, hava limanında Prezidenti İlham Əliyevi serbiyalı həmkarı Aleksandr Vuçiç şəxsən qarşılayıb. Xeberal.az
Güney Azərbaycanda işçilər əməkhaqqılarını ala bilmədikləri üçün tətil keçirdilər – VİDEO
Güney Azərbaycanın Qəzvin şəhərində “Bəhmən Diesel” şirkətinin işçiləri əməkhaqqılarını ala bilmədikləri üçün işi dayandıraraq tətil keçirirlər. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, bu gün genişmiqyaslı etiraz aksiyası keçirən şirkət işçiləri öz haqlarını tələb edən şüar səsləndiriblər: “Fəhlə, səsini ucalt, öz hüququnu tələb et!”. Xeberal.az
Azərbaycanda sabiq məhkəmə sədrinə qarşı külli miqdarda dələduzluq edilib
Vaxtilə dələduzluqda ittiham olunaraq məhkum edilmiş sabiq prokuror Mirələkbər Seyidov yenidən cinayət məsuliyyətinə cəlb edilib. APA-nın əldə etdiyi xəbərə görə, sabiq prokuror iki nəfərə yalan vəd verməklə 270 min dollar almaqda ittiham olunur. İş üzrə zərərçəkmiş şəxslərdən biri əvvəllər Binəqədi Rayon Məhkəməsinin sədri olmuş Həsən Əliyevdir. İttihama görə, Mirələkbər Seyidov Binəqədi rayon prokuroru olduğu müddətdə […]
İranlı teatr fəalları qadınları hicab bağlamağa məcbur edən əsərlərin istehsalında iştirak etməyəcəklər – FOTO
Bir qrup iranlı teatr fəalı “Instagram” hesabında paylaşım edərək, qadınları hicab bağlamağa məcbur edən əsərlərin istehsalı və səhnələşdirilməsində bir daha iştirak etməyəcəklərini bildiriblər. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Qeyd edilib ki, bu bildiriş paylaşımını imzalayanlar arasında Siavəş Pakrah, Əli Şəms, Mustafa Koşki, Şəhab Sahi, Armin Cavan və Əmirhüseyn Devaninin adı da var. Xeberal.az