İdman

Səudiyyə Ərəbistanında Argentina üzərindəki qələbədən sonra istirahət günü elan edildi

Səudiyyə Ərəbistanı DÇ-2022-də Argentinanı məğlub etdikdən (2:1) sonra ölkədə istirahət günü elan edilib. Kral Salman bin Əbdül-Əziz Əl Səud sabah, noyabrın 23-də iqtisadiyyatın dövlət və özəl sektorunun bütün işçilərinə istirahət günü veriləcəyini təsdiqləyib. Bundan əlavə, ölkənin bütün tələbə və məktəbliləri də istirahət günü alacaqlar. Qeyd edək ki, bugünkü qələbə Səudiyyə Ərəbistanının dünya çempionatlarında yalnız dördüncü […]

Dünya

Çavuşoğlu: “Bu əsr fövqəldövlətlərin rəqabətinin yaratdığı böhranlar dövrü ola bilər” – VİDEO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hesab edir ki, cari əsr fövqəlgüclərin rəqabətinə əsaslanan böhranlar dövrünə çevrilə bilər. O, bu fikri Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Dostlar Qrupunun Nazirlər Toplantısı zamanı bildirib. Çavuşoğlunun çərşənbə axşamı Mərakeşin Fəs şəhərindəki tədbirdə çıxışı oun “Twitter” səhifəsində yayımlanıb. Türkiyənin xarici işlər naziri diqqəti islamofobiya, antisemitizm, antixristianlıq, ksenofobiya, separatizm və […]

Cəmiyyət

Fərhad Əhmədov haqqında yazılanlara aydınlıq gətirib – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Prezident Administrasiyasında Laçın şəhərinə, Zabux və Sus kəndlərinə əhalinin 2023-cü il də qayıdışı müzakirə edilib. Casusluqda ittiham olunan məşhur azərbaycanlı milyarderlə bağlı yeni detallar üzə çıxdı. Fərhad Əhmədov haqqında yazılanlara aydınlıq gətirib. Pakistandan Azərbaycana gətirilən düyü rüsumdan azad edildi. Qərar nə vaxtdan qüvvəyə minir? Bu il alıcı yoxdur, mal […]

Dünya

BMT İranı etiraz aksiyaları zamanı saxlanılanları azad etməyə çağırıb

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İran hakimiyyətini ölkədəki bütün məhbusların hüquqlarını, o cümlədən dinc toplaşmaq hüququnu tanıyaraq azad etməyə çağırıb. O qeyd edib ki, İnsan Hüquqları üzrə Ali Komissarlıq (BMTİHAK) İran hakimiyyətinə mümkün qədər tez ölüm hökmünə moratorium tətbiq etməyi və beynəlxalq hüquqda “ağır” kimi təsnif edilməyən cinayətlərə görə edamın ləğvini tövsiyə edib. “İranda […]

Siyasət

Azərbaycan və İsrail prezidentləri arasında telefon danışığı olub

Noyabrın 22-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. İsxak Hersoq İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və qeyd edib ki, bu, İsrail üçün mühüm dost ölkə və strateji tərəfdaş olan Azərbaycanla […]

İdman

DÇ-2022: Meksika və Polşa yığmalarının start heyətləri AÇIQLANDI

Qətərdə keçirilən dünya çempionatının C qrupunun ilk turunda üz-üzə gələcək Meksika və Polşa yığmalarının start heyətləri bəlli olub. Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar: Meksika: Gilyermo Oçoa (K), Kevin Alvares, Luis Çaves, Xesus Qalyardo, Ektor Errera, İrvinq Losano, Henri Martin, Sesar Montes, Ektor Moreno, Xorxe Sançes, Aleksis Veqa Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Metti Keş, […]

Cəmiyyət

Balakəndə baxımsız qalan 1 700 illik məbəd – VİDEO

Balakənin unikallığı ilə seçilən Dəvəboynu alban məbədi baxımsız qaldığından dağıntılara məruz qalıb. Təqribən 25-30 il öncəyə qədər görünüşünü qoruyub saxlayan abidə hazırda sadəcə daş yığınına çevrilib. Tarixçi Akif Məmmədlinin sözlərinə görə, abidə Azərbaycan tarixinin 1 700 ilinə şahidlik edir. Aparılan analoji müqayisələr göstərir ki, bu, ilk tikilən məbədlərdəndir. Məbədin bu vaxta qədər qeydiyyata alınmaması ilə […]

İdman

Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəldi

Şahmat üzrə Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirib. “Report”un məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun sonuncu – V turunda İsraillə üz-üzə gəlib. Rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən Azərbaycan millisi 7 xalla qrup ikincisi kimi 1/4 finala […]

Siyasət

Baş Prokurorluqda AŞPA nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

Bu gün Baş prokurorun müavini Elmar Camalov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsindən olan nümayəndə heyəti ilə görüşüb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qonaqları salamlayan Elmar Camalov Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində […]