Cəmiyyət

Şəmkirdə toydan qayıdanlar qəzaya uğradı: Xəsarət alanlar var

Şəmkirdə toydan qayıdanlar avtomobil qəzasına düşüb, xəsarət alanlar var. “Report”un məlumatına görə, rayonun Sərxan kənd ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Nəticədə 1990-cı il təvəllüdlü Qulu Tağıyev və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Hər ikisi xəstəxanaya aparılıb. Q.Tağıyevin vəziyyəti ağır olduğundan onun Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi planlaşdırılır. Faktla bağlı araşdırma […]

Kriminal

Gədəbəydə 58 yaşlı qadın bıçaqlandı

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Düzyurd  kəndində qeydə alınıb. 1964-cü il təvəllüdlü Mehri Cəfərova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Dərhal xəstə əməliyyat edilib,vəziyyətinin kafi olduğu bildirilir. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinə rayon sakini Mehri Cəfərovanın boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi barədə […]

Siyasət

“Qarabağ xronikası”: İranın “tarix” hoqqabazlığı – VİDEO

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin növbəti buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda son həftələr İranıın Azərbaycana qarşı səsləndirdiyi təhdid dolu mesajlar barədə danışıb. “Azərbaycan ictimaiyyətinin nümayəndələri bu mesajlara ünvanlı cavab verdikdə isə, utanmaz-utanmaz bizim Tehrandakı səfirimizi Xarici İşlər Nazirliyinə çağırıb irad bildirirlər”, – deyə F.İsazadə qeyd edib. Ətraflı […]

İdman

“Mançester Yunayted” Ronaldu ilə müqaviləyə xitam verdi – RƏSMİ

“Mançester Yunayted” klubu hücumçusu Kriştianu Ronaldunun müqaviləsinə xitam verib. Bu barədə klubun saytından bildirilib. Qeyd olunub ki, portuqaliyalı futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildikdən dərhal sonra o, komandadan ayrılıb. 37 yaşlı forvard bu yaxınlarda verdiyi müsahibədə “Mançester Yunayted”in ona xəyanət etdiyini söyləyib. Xeberal.az

Siyasət

Əli Əkbər Vilayəti məqaləsində nə demək istəyir? – VİDEO

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti yeni məqalə yazıb. Bu barədə “Azad İran” “Youtube” kanalında süjet yayımlanıb. Bildirilib ki, Vilayəti bütün məqaləsi boyu istər Güney, istərsə də Quzey Azərbaycanda yaşayan azərbaycanlıları “azəri” adlandırır və azəriliklə iranlılıq arasında bərabərlik işarəsi qoyaraq yazır: “Bu gün uca səslə bəyan etmək lazımdır ki, […]

Cəmiyyət

Sabirabadda 61 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Sabirabadda 61 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb. “Report”un məlumatına görə, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü İsmayılov Səfər Əli oğlu hamamda çimərkən dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Xəstəxanasına çatdırılsa da, artıq gec olub. S.İsmayılov xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

Rusiya Ukrayna ssenarisini Qarabağa daşıyır – VİDEO

Rusiya vaxtı ilə Ukraynada tətbiq etdiyi sonu müharibə gətirib çıxaran təhlükəli ssenarisini deyesən Qarabağda təkrarlamağa cəhd edir. Belə ki, Ukraynanın Donetsk və Luqanks vilayətlərində rusiyalıları qorumaq adı ilə separatizmi dəstəkləyən Rusiya sonda onların əli ilə ölkəni parçalamağa başladı. Son günlər sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarıında da, bu ölkə eyni addımları atır. Erməni kilsələrini bərpa edir, […]

Cəmiyyət

Bazarda inək əti dana əti adı ilə satılır? – VİDEO

Bəzi vətəndaşlar bazarda onlara dana əti adı ilə inək və ya öküz ətinin satılmasından şikayətçidirlər. Xezerxeber.az-ın məlumatına görə, onlar həmçinin bu halın dəfələrlə təkrarlandığını iddia ediblər. Halbuki inək və dana ətlərini ayırd etmək üçün bir necə nüansa diqqət yetirmək kifayətdir. Əslində, inək və ya öküz əti zərərli deyil. Ancaq yaşlı heyvan olduğundan onların əti ucuz […]

Cəmiyyət

İnternat tipli liseylərə qəbul meyarları müəyyənləşdi

Nazirlər Kabineti “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”na dəyişiklik edib. Oxu.Az xəbər verir ki, qüvvədə olan qərara əsasən, ümumtəhsil internat məktəbi üzrə meyarlar sırasına təhsilalanların aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilmiş, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələri əhatə etməsi daxil idi. Dəyişikliyə əsasən, bu meyarın əhatə dairəsi genişləndirilir. Təhsilalanların məktəbə qəbul tarixinə aşağıdakı kateqoriyalardan olan […]

Siyasət

KTMT-nin İrəvan toplantısı: Gündəlikdə Ermənistan-Azərbaycan münasibətləri də var

İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İclasda təşkilata üzv ölkələrin xarici siyasət və hərbi-texniki əməkdaşlıq məsələlərindəki koordinasiyası müzakirə olunur. “Gündəliyimizdə xarici siyasətin koordinasiyası, hərbi-texniki əməkdaşlıq, yeni təhdidlərə aid iyirmiyə yaxın sənəd var. Layihələrin və məsələlərin əksəriyyəti artıq razılaşdırılıb. Ümid edirəm ki, məhsuldar fikir mübadiləsi aparılacaq”, – Ermənistanın xarici işlər […]