Siyasət

“Böyük Qayıdış” Qarabağa nə qazandıracaq? – AÇIQLAMA + VİDEO

Erməni vandalları tərəfindən işğal dövründə təkcə Ağdam deyil bütün Qarabağ viran qoyulub və talanıb. Lakin artıq işğaldan azad edilən ərazilərdə yenidənqurma işləri aparılır. Məhz bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.  Politoloq Anar Əliyev mövzu ilə bağlı Baku TV-yə açıqlama verib. […]

Siyasət

Ceyhun Bayramov Aİ-nin xüsusi elçisi ilə görüşüb – FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nümayəndə heyətində Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul səfirləri və xüsusi elçiləri təmsil olunub. C.Bayramov bu gün müsbət dinamika və […]

Siyasət

Bakıda Azərbaycan və Rusiya baş nazirlərinin görüşü olub – FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Bakıda görüşü olub. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, baş nazirlərin əvvəlcə təkbətək formatda keçirilmiş görüşü daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Söhbət zamanı müxtəlif sahələrdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluq ifadə edilib. Görüşün yekunlarına […]

Dünya

Tehranda etirazçılardan qeyri-adi addım: Metroda müşahidə kameralarını uşaq bezi ilə bağladılar – FOTO

Tehran metrosunda etirazçılar müşahidə kameralarını uşaq bezi ilə bağlayıblar. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, Tehran metrosunda hər gün anti-rejim şüarları səsləndirən etirazçılar hökumət tərəfindən müşahidə kameralarının yoxlanılmasına mane olmaq üçün kameraların üzərini uşaq bezi ilə örtüblər.   Xeberal.az

Siyasət

Ceyhun Bayramov Bolqarıstan səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd edilib ki, nazir Ceyhun Bayramov səfirin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində müvəffəqiyyətlər […]

Cəmiyyət

Sumqayıt yolunda “Prius” sürücüsü sərnişini bıçaqladı – RƏSMİ AÇIQLAMA + VİDEO

Bakıda “Toyota Prius” markalı avtomobilin sürücüsü yanında oturan şəxsi bıçaqlayıb. Bsku.ws-in məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Sürücü avtomobilindəki şəxsə xəsarət yetirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev bildirib ki, məsələdən məlumatlıdırlar: “Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək”. Sözügedən görüntüləri təqdim edirik: Xeberal.az

Hadisə

Qax icra başçısından şəhid məzarına hörmətsizlik… FOTO

Xəbəral.az – a Qax rayon sakini 1994 -cü ildə 1-ci Qarabağ savaşında, Ağdamın Güllücə kəndində qəhramancasına şəhid olmuş Rzayev Aydın Ağəli oğlunun ailəsi müraciət edib. Müraciətdə bildirilir ki, şəhid Rzayev Aydın 1994-cü il fevral ayının 6-da Qax rayonu Aşağı-Malax qəbirstanlığında dəfn olunmuşdur. İllər sonra məzarın yaxınlığında yaşanan torpaq sürüşməsi, məzarın təhlükəli vəziyyətə düşməsinə səbıb olub. […]

Siyasət

Deputat: “Müharibə veteranlarının müavinətləri artırılmalıdır”

“Müharibə veteranlarının müavinətləri artırılmalıdır”. “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında bildirib. Onun sözlərinə görə, müharibə veteranlarına verilən 80 manat qiymətlərin artması fonunda adekvat deyil: “Müavinətlər ona görə təyin edilmişdi ki, müharibə veteranları kommunal, nəqliyyat xərclərini təmin etsin. Bu gün nəqliyyat, kommunal xərclər də artıb. Amma müharibə […]

Cəmiyyət

Şəmkirdə avtomobil maneəyə çırpıldı: Xəsarət alanlar var

Şəmkir rayonunda idarəetmədən çıxan VAZ markalı minik avtomobili maneəyə çırpılıb, sürücü və sərnişin xəsarət alıb. “Report”un məlumatına görə, hadisə rayonun “Karaz yolu” adlanan yolda qeydə alınıb. Hadisə nəticəsində Gədəbəy rayon sakini, 2004-cü il təvəllüdlü Pərvin Sahib oğlu Mustafayev və Şəmkir rayon sakini, 2007-ci il təvəllüdlü Aşırəlıyev Ayxan Elbrus oğlu müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərin vəziyyəti orta-ağır […]

Siyasət

Azərbaycan düşmənliyi: Hindistanın Ermənistanla “qardaşlığı” – ŞƏRH + FOTO

Vətən müharibəsi təkcə Azərbaycanın qələbəsi ilə yekunlaşmadı. O, həm də regionun mənzərəsini, böyük güclərin Cənubi Qafqaz ölkələri ilə münasibətlərinə, xüsusilə regiondakı güclər balansına ciddi təsir etdi. Müharibədən əvvəl istər regional, istərsə də ondan kənarda yerləşən, lakin regionda maraqları olan güclər birmənalı olaraq Azərbaycanın bütün sahələr üzrə Ermənistandan üstün olduğunu dərk etsələr də, onun belə uğurlu, […]