Şou-Biznes

Azərbaycanlı müğənniyə görə Rusiyada yollar BAĞLANACAQ

"Jony" ləqəbli azərbaycanlı ifaçı Cahid Hüseynlinin Nijni-Novqorod şəhərində konserti olacaq. Lent.az xəbər verir ki, bu barədə ifaçı öz sosial şəbəkə hesabında məlumat verib. Noyabrın 19-a təyin olunan konsertə biletlərin qiyməti 2600-5000 rubl arasında dəyişir (təqribən 72-135 manat). Məlumata görə, Nijni Novqorod şəhər administrasiyası həmin gün konsertlə əlaqədar idman sarayının yaxınlığında nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib.

Mədəniyyət

Caz-muğamın banisi, bəstəkar və pianoçu Vaqif Mustafazadənin ev muzeyindən FOTOREPORTAJ

Vaqif Mustafazadənin ev muzeyi Bakının tarixi kvartalı İçəri şəhərdə yerləşir. Caz-muğamın banisi, bəstəkar və pianoçu Vaqif Mustafazadə sözügedən evdə yaşayıb. Dahi bəstəkarın xatirə muzeyi 1989-cu il iyulun 28-də yaradılıb. 2005-ci il martın 16-da isə anadan olmasının 65-ci ildönümündə ev muzeyinin açılışı olub. Qeyd edək ki, Vaqifin xatirəsini əbədiləşdirmək ideyası anası Zivər Əliyevaya məxsusdur. 1997-ci ildə Zivər xanımın vəfatından […]

İqtisadiyyat

Masallı Sənaye Məhəlləsində yeni istehsal sahəsi yaradılır

“SADIQ 06” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Masallı Sənaye Məhəlləsinin rezidentliyi statusu verilib. Agentlikdən Oxu.Az-a verilən məlumata görə, bununla da Sənaye Məhəlləsinin rezidentlərinin sayı 10-a çatıb. Yeni rezident “SADIQ 06” MMC Masallı Sənaye Məhəlləsinin ərazisində tütünün quruldulması və emalını həyata keçirən müəssisə inşa edəcək. İnvestisiya həcmi 1,9 milyon manat olan müəssisədə 300 yeni […]

İdman

Üç klub kənar şəxslərə, “Sumqayıt” futbolçusuna görə cərimələnib

AFFA İntizam Komitəsi “Sumqayıt” klubunu 2 400 manat məbləğində cərimələyib. Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, buna “gənclik şəhəri” təmsilçisinin futbolçusu Vüsal İsgəndərlinin Şamaxıda eyniadlı komandaya 2:4 hesabı ilə uduzduğu Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra öz texniki zonasında olan oturacaqları qəsdən sındırması səbəb olub. Qərara əsasən, stadiona dəymiş ziyanı qonaq komanda ödəyəcək. […]

Şou-Biznes

Onları yenə bir yerdə görüblər – FOTO

ABŞ-da çalışan rusiyalı model İrina Şeyk və Hollivud aktyoru Bredli Kuper gecə gəzintisində birlikdə görüntülənib. Lent.az xarici mediaya istinadla xəbər verir ki, onları Nyu-Yorkda görüblər. Gəzinti üçün podium ulduzu qara şalvar, zolaqlı jumper və boş gödəkçə seçib. O, saçlarını aşağı salıb və görünüşünü futuristik eynəklərlə tamamlayıb. Kuper qısa tünd mavi paltoda, cins şalvarda və əlində […]

Cəmiyyət

İslamda yaşıl rəngin müqəddəsliyi uydurmadır, ya həqiqət? – ARAŞDIRMA + VİDEO

Rənglər Allah tərəfindən insana verilmiş ən gözəl nemətlərdən biridir. Əsrarəngiz təbiət mənzərələri, rəngbərəng kəpənəklər, çiçəklər, quşlar, heyvanlar, dəniz dibinin rəngli dünyası, buludlu və günəşli göy üzü. Bütün bu gözəllikləri yaradan hüdudsuz bir zövq və iradə sahibi var. Biz bu rəng tonlarını nə dərəcədə bilirik və ya bildiyimiz rənglərdən harada necə istifadə edirik? Məsələn, qırmızı və […]

Dünya

Çavuşoğlu: “Ərdoğan Putin və Zelenski ilə təmaslarını davam etdirəcək”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu taxıl sazişinin müddətinin uzadılmasını şərh edib. O, hər kəsin bu razılaşmaya əməl etməli olduğunu bildirib. “Taxıl sazişi daha 120 gün müddətinə uzadılıb. Bu, qarşılıqlı etimadın artırılması istiqamətində atılmış müsbət addımdır. Hər kəs bu sazişə əməl etməlidir. Ümidvaram ki, yaxın zamanlarda tərəflər arasında atəşkəs razılaşması da əldə olunar. Türkiyə Prezidenti […]

Dünya

BMT baş katibi Ərdoğana təşəkkür etdi

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş taxıl müqaviləsi ilə bağlı Prezident Ərdoğan və Türkiyəyə təşəkkür edərək, “İstanbul ehtiyatlı diplomatiyanın mühüm mərkəzidir”, – deyə bəyan edib. O, COP27 Sammiti üçün səfərdə olduğu Misirdən taxıl sazişi ilə bağlı açıqlama verib. “Bu məqamda İstanbulun dramatik problemlərin həlli üçün ehtiyatlı diplomatiyanın mühüm mərkəzinə çevrildiyini bir daha təsdiqləmək istərdim […]

Siyasət

Azərbaycandan Fransaya tərs şillə – VİDEO

İnsan haqları, fikir azadlıqları kimi təməl prinsipləri özündə birləşdirən demokratiyanı dünyaya yayıldığı ölkə olan Fransa bu dəyərləri çoxdan tarixin tozlu arxivinə atıb. Hazırkı siyasəti “üç meymunu oynamaq”dan ibarət olan Fransa Əlcəzair, Mərakeş, Cibuti, Vyetnam kimi ölkələrdə törətdiyi insanlıq əleyhinə cinayətləri unudaraq yerləşdikləri coğrafiyadan kilometrlərlə uzaq olan bir ölkəyə qahmar çıxmağa çalışır. Həm də bunu torpaqları işğala məruz qalmış iki […]

Siyasət

Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşdü – FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə keçirdiyi görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, görüşdə ikitərəfli və regional əsaslarda humanitar və mədəniyyət məsələləri, bölgədə etimad quruculuğu tədbirləri müzakirə edilib. C.Bayramov postmünaqişə dövründə Azərbaycan və Ermənistan […]