Cəmiyyət

Albaniya ilə Azərbaycan arasında əməkdaşlığın daha intensiv mərhələsinə qədəm qoyulacaq

Azərbaycan müstəqil dövlət olaraq dünyanın əksər dövlətləri ilə ikitərəfli siyasi, iqtisadi mədəni əlaqələr saxlayır, xarici siyasətini bu əlaqələr əsasında qurur. Məhz bunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla mövcud münasibətlərini daha da genişləndirməyə çalışır. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun Ermənistan üzərindəki tarixi Qələbəsindən sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı […]

Cəmiyyət

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu və iştirakı

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 noyabr tarixində Albaniyada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında TAP layihəsinin üzvü kimi Albaniyanın Cənub Qaz Dəhlizinin icrasında çox önəmli rol oynadığını qeyd etmiş və bildirmişdir ki, Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya […]

Kriminal

Bakıda yeddi yaşlı uşaq bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb. 2015-ci il təvəllüdlü Miraşnçyonko Artyom Arturoviç 14 yaşlı yeniyetmə tərəfindən çağırılıb. Daha sonra yeniyetmə uşağın arxa kürək nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb. Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. […]

Cəmiyyət

Albaniya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən birini təşkil edir

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən birini təşkil edir. Noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya ilk səfərinin məqsədi də məhz ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Qeyd […]

Cəmiyyət

Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər. Azərbaycan […]

Dünya

Pelosi Demokratlar fraksiyasının lideri vəzifəsindən istefa verib

Nensi Pelosi ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratlar Partiyası fraksiyasının lideri vəzifəsini tərk edir. O, bu barədə cümə axşamı qanunverici orqanın aşağı palatasının iclasındakı çıxışında bildirib. “Yanvarda isə başlayacaq yeni Konqresdə Demokratlar Partiyasının lideri kimi yenidən seçilmək istəməyəcəyəm. Fraksiyamıza böyük inamla yanaşıram. Demokratik qrupa yeni nəslin rəhbərlik etməsinin vaxtı çatıb. Mən minnətdaram ki, çoxları bu böyük […]

Şou-Biznes

Unudulan məşhurlar – Azərbaycanın ilk rep qrupu – “Dəyirman”ın üzvləri indi HARALARDADI?

“Dəyirman” qrupu 1995-cı ildə 4 gənc repçi tərəfindən yaradılıb. Onlar Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və sonralar qrupu tərk etmiş Anar Abdulladır. Qrupun heyəti və prodüseri Emin Əfəndi Azərbaycan Memarlıq və İnşaat Universitetində birlikdə təhsil alıblar. Anar Abdulla isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi idi. 1995-ci ildə yaranan "G.G.G.Аіlesi" (Qara Qan […]

İdman

Türkiyədə keçirilən kikboksinq üzrə Avropa çempionatında yeddi idmançımız finala çıxdı

Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatında 7 idmançımız finala çıxıb. Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, “Low kick” versiyasında Nihad Tağızadə (51 kq), Elvin Məmmədov (54 kq) Anar Məmmədov (57 kq) və Amin Quliyev (60 kq) qızıl medal üçün mübarizə aparacaq. Həmçinin, “Full contact”da Amil Məmmədov (51 kq), Məhəmməd İmanov (57 kq) […]

Siyasət

İran nədən qorxur? – AÇIQLAMA + VİDEO

Molla rejiminin güney azərbaycanlıların hüquqlarını heçə sayması heç kimə sirr deyil. Bütün dünya bilir ki, 40 milyona yaxın cənublu soydaşlarımız diskriminasiyaya məruz qalırlar. İran hakimiyəti həmin münasibəti elə Azərbaycana qarşı da sərgiləyir. Fars rejiminin ikili siyasəti iki ölkə arasında qonşuluq münasibətini kökündən sarsıdır. Mövzu ilə bağlı Baku TV-yə açıqlama verən rusiyalı politoloq Sergey Markov qeyd edib […]

Cəmiyyət

Azərbaycanda pasiyentə yanlış olaraq xərçəng diaqozu qoyuldu – AÇIQLAMA + VİDEO

Bakıdakı özəl klinikalardan birində pasiyentə yanlış diaqnoz qoyulub. Xezerxeber.az-ın məlumatına görə, 30 yaşlı Rəşad Cəbiyevə yastı epitel karsinoma, orta dərəcəli differensasiya, yəni ağız xərçəngi olduğu deyilib. Rəşad Cəbiyevin üst-çənə nahiyəsində problem olduğu üçün Milli Onkologiya Mərkəzindən hospitallardan birinə əkilmə göndərilir. Bir həftə sonra Rəşad Cəbiyevə xərçəng xəstəliyi diaqnozu qoyulub və əməliyyat etmək istəyiblər: “Sonra anlizlərimi Bakı […]