Cəmiyyət

Dünya bazarına çıxan Azərbaycan məhsulu: Yerkökü – VİDEO

Bərdədə fermerlərin becərdikləri əsas kənd təsərrüfatı məhsullarından biri yerköküdür. Hələ sovet dövründə rayon pambıqçılıq və taxılçılıqla yanaşı yer kökünün də istehsal edildiyi bölgə kimi tanınıb. Kənd sakinləri istehsal etdikləri məhsulu yerli bazarla yanaşı xarici bazara da satışa çıxarır.  Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

İdman

Bellinqem 2022-ci il Dünya Çempionatının ən bahalı iştirakçısıdır

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem DÇ-2022-nin ən bahalı oyunçusu seçilib. Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) hesablamalarına görə, Dortmund “Borussiya”sının yarımmüdafiəçisinin transfer dəyəri 202 milyon avrodur. Reytinqdə Qətərdə keçirilən turnirdə iştirak edən komandaların hər birindən yalnız ən bahalı oyunçular yer alıb. İlk onluq aşağıdakı kimidir: 1. Cud Bellinqem (İngiltərə, “Borussia” Dortmund) – 202 milyon avro; 2. […]

Siyasət

NATO baş katibi Azərbaycanın alyansdakı nümayəndəsinin etimadnaməsini qəbul edib – FOTO

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə etimadnaməsini NATO baş katibi Yens Stoltenberqə təqdim edib. Bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyindən bildirilib. Görüşdə tərəflər NATO-Azərbaycan tərəfdaşlığı və onun gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb. Xeberal.az

Dünya

İraqda qaz balonlarının partlaması nəticəsində üç bina uçub: Ölən və yaralananlar var

İraqın Süleymaniyyə şəhərində üç bina uçub. İnsident zamanı azı bir nəfər ölüb və 20 nəfər yaralanıb. İlkin məlumata görə, qəzaya səbəb üçmərtəbəli binanın damında quraşdırılmış maye qaz balonunun partlaması olub. Partlayış nəticəsində bir neçə avtomobilə ziyan dəyib. Həmçinin, dağıntılar altında qalanların olduğu da bildirilir. Hadisə yerində ondan çox fövqəladə xidmət qrupu çalışır. Süleymaniyyənin təcili yardım […]

Cəmiyyət

Bakıda keçmiş qayınata kürəkəninə hədiyyə adı ilə qumbara göndərib? – AÇIQLAMA + VİDEO

Bakıda “karqo şirkətindən gəlmişik” deyib evə hədiyyə gətirənin paketindən qərənfil və qumbara çıxıb. Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 ünvanında, paytaxt sakini Ceyhun Cəfərzadənin evində baş verib.  Zərərçəkmiş deyir ki, anası ona zəng vuraraq, “oğlum, sənə hədiyyə göndəriblər” deyib. Ev sahibi isə qapını açmayıb. Vəziyyətdən şübhələnən Ceyhun Cəfərzadə dərhal 102-i […]

Siyasət

Politoloq: “Tarixdə İran adlı dövlət olmayıb” – VİDEO

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra bölgədə Türkiyə-Azərbaycan ittifaqının söz sahibinə çevrilməsi, Türk Dövlətləri Təşkilatının yeni beynəlxalq güc mərkəzi kimi orta çıxması anti-türk qüvvələrini hərəkətə gətirib. Təəssüflər olsun ki, bu sırada bəzi xristiyan Qərb ölkələri ilə yanaşı, adını İslam Respublikası qoyan, cənub qonşumuz İran rejimi də yer alıb. Minlərlə müsəlmanı qətlə yetirən, məscidləri murdarlayan Erməni […]

Cəmiyyət

Azərbaycanda daha 44 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib – FOTO

Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, doqquz nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 823 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 627 nəfər müalicə olunaraq sağalıb, […]

Cəmiyyət

Şəmkirdə 38 yaşlı kişi bıçaqlandı

Şəmkirdə 38 yaşlı kişi bıçaq xəsarəti alıb. “Report”un məlumatına görə, rayonun Əliyaqublu kənd sakini, 1984-cü il təvəllüdlü Taleh İsfəndiyarov sol gicgah nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir. Özünün deməsinə görə, tanımadığı şəxs tərəfindən səbəbsiz yerə bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

BMT-nin azərbaycanlı rəsmisindən Əfqanıstanda humanitar böhranla bağlı XƏBƏRDARLIQ

“2023-cü ildə Əfqanıstan əhalisinin üçdə ikisinin humanitar yardıma ehtiyacı olacaq”. “Report” xəbər verir ki, bunu BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov deyib. “Əfqanıstan əhalisinin 65%-nin hansısa formada humanitar yardıma ehtiyacı olacaq. Bu il ÜDM-in 35-40% azalacağını gözləyirik”, – əlaqələndirici bildirib. Onun sözlərinə görə, vəziyyət 700 min iş yerinin itirilməsinə səbəb […]