Cəmiyyət

Şəmkirdə avtomobil maneəyə çırpıldı: Xəsarət alanlar var

Sharing is caring!

Şəmkir rayonunda idarəetmədən çıxan VAZ markalı minik avtomobili maneəyə çırpılıb, sürücü və sərnişin xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə rayonun “Karaz yolu” adlanan yolda qeydə alınıb.

Hadisə nəticəsində Gədəbəy rayon sakini, 2004-cü il təvəllüdlü Pərvin Sahib oğlu Mustafayev və Şəmkir rayon sakini, 2007-ci il təvəllüdlü Aşırəlıyev Ayxan Elbrus oğlu müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərin vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir