Siyasət

Deputat: “Müharibə veteranlarının müavinətləri artırılmalıdır”

Sharing is caring!

“Müharibə veteranlarının müavinətləri artırılmalıdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, müharibə veteranlarına verilən 80 manat qiymətlərin artması fonunda adekvat deyil:

“Müavinətlər ona görə təyin edilmişdi ki, müharibə veteranları kommunal, nəqliyyat xərclərini təmin etsin. Bu gün nəqliyyat, kommunal xərclər də artıb. Amma müharibə veteranlarına verilən müavinətlər qalxmayıb. Bu məsələyə baxmaq lazımdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir