Kriminal

Abşeronda ər arvadını qətlə yetirib

Noyabrın 16-sı Abşeron rayonu ərazisində 1994-cü il təvəllüdlü Əfsanə Nuruyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib. Aparılmış araşdırmalarla zərərçəkənin əri, 1992-ci il təvəllüdlü Səadətdin Nuriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Əfsanə Nuruyevanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. Faktla […]

Dünya

ABŞ-da yaşayış binasında partlayış olub, xəsarət alanlar var

ABŞ-ın Merilend ştatının Qeytersburq şəhərində yaşayış binasında baş verən partlayış və yanğın nəticəsində ən azı 12 nəfər xəsarət alıb. Bu barədə Montqomeri dairəsinin yanğınsöndürənlərinə istinadən “FOX 9” telekanalı məlumat yayıb. Yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, 10 zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan ikisinin xəsarətləri ağırdır. Partlayış nəticəsində bir ev uçub, yaxınlıqdakı bəzi tikililərə də ciddi ziyan dəyib. […]

Dünya

Oman sahillərində zərbə dronu neft tankerinə hücum edib

Oman sahillərində partlayıcı ilə təchiz edilmiş dron israilli milyarderlə əlaqəsi olan Liberiya bayraqlı “Pacific Zircon” neft tankerinə hücum edib. Bu barədə Yaxın Şərq ölkələrindən birinin Müdafiə Nazirliyinin nümayəndəsi məlumat yayıb. Məlumata görə, “Pacific Zircon” israilli milyarder İdan Oferə məxsus olan Sinqapurda yerləşən “Eastern Pacific Shipping” şirkəti tərəfindən idarə olunur. Şərqi Sakit Okean Gəmiçiliyi tankerin Oman […]

MARAQLI

İt altı yaşlı uşağı digər itin hücumundan xilas etdi – VİDEO

ABŞ-da alman ovçarkası altı yaşlı uşağı başqa bir itin hücumundan xilas edib. Tank adlı it sahibinin altı yaşlı oğlu ilə oynayarkən onlara qonşunun iti yaxınlaşıb. Yad heyvan qəfildən uşağa hücum edib, lakin ovçarka azyaşlının müdafiəsinə qalxıb. Ailənin qonşusu səs-küyə tərəf qaçıb itini tutana qədər Tank uşağı qoruyub. Nəticədə, oğlan yalnız kiçik bir qorxu hissi ilə […]

Dünya

Trampın oğlu Ukraynaya hərbi yardımı dayandırmağa çağırıb

Amerikalı iş adamı və ABŞ-ın keçmiş prezidenti Donald Trampın böyük oğlu kiçik Donald Tramp sosial şəbəkədə Ukrayna raketinin Polşaya düşməsi ilə əlaqədar Ukraynaya hərbi yardımı dayandırmağa çağıran qısa paylaşım edib. “NATO-dakı müttəfiqimiz Polşanı vuran Ukrayna raketi olduğuna görə, heç olmasa indi onları silahlandırmaq üçün milyardlarla vəsait xərcləməyi dayandıra bilərikmi?” – deyə kiçik Tramp yazıb. Qeyd […]

Dünya

Alimlər növbəti pandemiyanın qarşısını almaq üçün yeni üsul tapıblar

Kornel Universitetinin alimləri müəyyən ediblər ki, yarasaların təbii yaşayış yerlərinin qorunması və bərpası gələcək pandemiyaların qarşısını ala bilər. Mütəxəssislər son 25 ilin məlumatları əsasında kompüter modelləri yaradıblar. Məlumatlara yarasaların davranışı, yayılması, çoxalması və qidanın mövcudluğu, iqlim, yaşayış yerlərinin itirilməsi haqqında məlumatlar daxil edilib. Bu modellər nümayiş etdirib ki, yarasalar qışda təbii yaşayış yerlərinin itirilməsi və […]

Dünya

Məşhur aktyor daha yeddi seksual xarakterli cinayətdə ittiham olunur

Böyük Britaniyada məşhur aktyor Kevin Speysi daha yeddi seksual xarakterli cinayətdə ittiham olunub. 63 yaşlı ulduz 2001-2004-cü illər arasında krallığın prokurorluğu tərəfindən subay kişiyə qarşı bir sıra cinsi təcavüz hallarında günahlandırılıb. Bildirlib ki, istintaq polis tərəfindən toplanan dəlillərin nəzərdən keçirilməsindən sonra kino ulduzuna qarşı rəsmi ittiham irəli sürüləcək. Bundan əlavə, məşhur 2005-2013-cü illərdə Old Vic […]

Dünya

Çilidə meymunçiçəyindən ilk ölüm qeydə alındı

Çilinin Səhiyyə Nazirliyi çərşənbə günü ölkədə meymunçiçəyindən ilk ölüm faktını təsdiqləyib. Məlumata görə, ölən sentyabrın 29-da xəstəlik diaqnozu qoyulan yaşlı kişidir. Səhiyyə Nazirliyindən bildirilib ki, mərhumun xroniki xəstəlikləri olub və immuniteti zəifləyib. Qeyd edək ki, bu günə qədər Çilidə 1200-dən çox meymunçiçəyinə yoluxma hadisəsi müəyyən edilib. Oktyabr ayında ölkədə risk qruplarında bu xəstəliyə qarşı peyvəndlənməyə […]

Dünya

Çində qurumuş gölün dibindəki naxışlar görənləri heyrətləndirdi – FOTO

Çində qurumuş gölün dibində peyda olan naxışlar insanlarda təəccüb yaradıb. Şaidlərin fikrincə, bu rəsmlər o qədər gözəldir ki, sanki Yerdən kənar mənşəlidir. Aylar boyu davam edən şiddətli quraqlıq Hunan əyalətindəki Donqtinq gölündən suyun təxminən 70%-nin buxarlanmasına səbəb olub. Gölün qırmızı, palçıqlı dibində gözəl təsvir nümunələri aşkar edilib. Hu adlı yerli sakin yuxarıdan bu rəsmlərin bir […]