Cəmiyyət

Kürdəmirdə mağazada yanğın olub – VİDEO

Kürdəmir rayonunun Aran qəsəbəsində mağazada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ərzaq mağazasının tavanında baş verdiyi və genişlənərək bitişik digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib. Yanğın qısa […]

Kriminal

Abşeronda 24 yaşlı oğlan intihar edib

Abşeronda 24 yaşlı şəxs intihar edib. “Report”un xəbərinə görə, hadisə noyabrın 16-da rayonun Masazır qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Bağırzadə Rauf Yusif oğlu iplə özünü asıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Şou-Biznes

Bred Pitt yeni sevgilisi ilə konsertdə görüntülənib

Hollivud aktyoru Bred Pitt “U2” qrupunun lideri Bononun konsertinə yeni sevgilisi ilə qatılarkən görüntülənib. Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 58 yaşlı sənətçi “The Vampire Diaries”in aktyoru Pol Ueslinin məşqçisi və keçmiş həyat yoldaşı 29 yaşlı İnes de Ramonla Los-Ancelesdəki Orfey Teatrının yaxınlığında görüntüləniblər. 2013-cü ildə Cenevrə Universitetini bitirən İnes de […]

Dünya

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb. “Report”un məlumatına görə, kişilərin yarışında 68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev ilk olaraq təsnifat mərhələsində Tayland təmsilçisi Çayçon Ço ilə üz-üzə gəlib. Ağayev növbəti mərhələdə polşalı Mateus Şesnovskini yolundan kənarlaşdırıb. Azərbaycan təmsilçisi 1/8 finalda özbək Uluqbek Raşitov, 1/4 finalda isə iordaniyalı Zaid […]

Cəmiyyət

Paytaxtda meyit aşkarlanıb

Bakının Suraxanı rayonunda mənzildə meyit aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan […]

İqtisadiyyat

Bakıda məşhur hotelin külli miqdarda vergi borcu var: Ödəmələrdən yayınıb

Bakının məşhur hotellərindən sayılan “Excelsior” məhkəməlik olub. “Qafqazinfo”nun məlumatına görə, hotel barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib. Belə ki, “Excelsior”un rəhbərliyi az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaqda ittiham olunur. İddia təsdiqini taparsa, bu zaman “Excelsior”u inzibati xətanın bilavasitə obyekti olmuş […]

Cəmiyyət

Bir siqaretin törətdiyi faciə: Üç gün sonra toyları olacaq cütlük xəstəxanaya düşdü

Şəmkir rayonunda yanğın hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb. Yanğın zamanı 24 yaşlı Elmar İsmayılov və 18 yaşlı Nərmin Cəfərova ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.  Hadisəyə səbəb Elmar İsmayılovun yataq otağında çəkdiyi siqaretin yatağa düşməsi olub.  O, N.Cəfərovanı bir müddət əvvəl […]

İdman

“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov Karlsenə uduzub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində növbəti görüşünü keçirib. “Report”un məlumatına görə, 37 yaşlı qrosmeyster final raundunun III turunda dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Matçın ilk üç partiyası norveçli şahmatçının qələbəsi ilə başa çatdığından sonuncu – 4-cü partiyaya gərək qalmayıb. Hazırda üç xalı olan Məmmədyarov turnir cədvəlinin 5-ci […]

İdman

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Beynəlxalq Paralimpiya Komitəsinin Berlində keçirilən növbədənkənar Baş Assambleyasında Rusiya Paralimpiya Komitəsinin təşkilata üzvlüyünü dayandırıb. Bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qərarın lehinə 64 nümayəndə, əleyhinə 39 səs verib, 16 üzv bitərəf qalıb. “Berlində keçirilən Fövqəladə Baş Assambleyada Beynəlxalq Paralimpiya Komitəsi üzvləri qurumun nizamnaməsinə uyğun olaraq üzvlük öhdəliklərini yerinə yetirə bilmədiyi üçün Rusiya Paralimpiya […]