Dünya

Alimlər növbəti pandemiyanın qarşısını almaq üçün yeni üsul tapıblar

Sharing is caring!

Kornel Universitetinin alimləri müəyyən ediblər ki, yarasaların təbii yaşayış yerlərinin qorunması və bərpası gələcək pandemiyaların qarşısını ala bilər.

Mütəxəssislər son 25 ilin məlumatları əsasında kompüter modelləri yaradıblar. Məlumatlara yarasaların davranışı, yayılması, çoxalması və qidanın mövcudluğu, iqlim, yaşayış yerlərinin itirilməsi haqqında məlumatlar daxil edilib.

Bu modellər nümayiş etdirib ki, yarasalar qışda təbii yaşayış yerlərinin itirilməsi və qidanın azalması ilə qarşılaşdıqda, onların populyasiyaları insanların yanında məskunlaşan daha kiçik hissələrə bölünür.

“Hazırda dünya alimlərinin səyləri növbəti pandemiyanın qarşısının alınması yollarını tapmağa yönəlib. Mümkün həll yollarından biri heyvanların təbii yaşayış yerlərini qorumaqdır”, – tədqiqatçılar vurğulayırlar.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir