Dünya

100 yaşlı qadın dünyanın ən yaşlı donoru oldu

Ömrünün 100 yaş 10 aylığında vəfat edən italiyalı qadın dünyanın ən yaşlı donoru olub. Mənbə iddia edir ki, hələ dünya tibb praktikasında yaşı 100-dən yuxarı olan insanın orqan donoru olması halına rast gəlinməyib.   Belə ki, təbii səbəblərdən dünyasını dəyişən qadının qaraciyəri transplantasiyası üçün götürülüb. Transplantasiya əməliyyatı Florensiyadakı xəstəxanada baş tutub və uğurla həyata keçirilib. Mənbə: […]

Dünya

Almaniya kansleri İrana qarşı sanksiyaların anonsunu verib

Almaniya kansleri Olaf Şolts bəyan edib ki, Avropa İttifaqı İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək.  Almaniyalı siyasətçi bunu İranın Ukrayna müharibəsində Rusiyanın yanında olmasına, o cümlədən, dronlarının bu ölkəyə tədarükünə görə ediləcəyini vurğulayıb.  Öz növbəsində, Avropa İttifaqı İranı etirazların yatırılmasında pozuntulara görə mümkün sanksiyalarla hədələyib. Mənbə: Associated Press Xeberal.az

Dünya

Ermənistanda ana və uşaqlarını xüsusi amansızlıqla qətlə yetirən şəxs saxlanılıb

Ermənistanın Şirak bölgəsində 32 yaşlı kişi Pemzaşen kəndində bir qadını və onun iki övladını qətlə yetirməsini etiraf edib. Polisin mətbuat xidmətindən verilən məlumata görə, o, hadisəni etiraf edib, saxlanılaraq ibtidai istintaq orqanına təhvil verilib. Polis qətldə iştirak etmiş digər şəxsin axtarışlarını həyata keçirir. Hüquq mühafizə orqanları tezliklə qətlin təfərrüatlarını təqdim edəcəklərini bildiriblər. Qeyd edək ki, […]

Dünya

Çin kosmik gəmisini orbitə göndərib

Çin ilk dəfə olaraq orbitə yük gəmisi göndərib. Bu barədə Çinin İnsanlı Kosmos Uçuş Proqramı İdarəsi məlumat verib. “Tyançjou” adlandırılan yük gəmisi tikintisi bu il başa çatdırılması nəzərdə tutulan “Tyanqun” kosmik gəmisinin ekipajı üçün qida, avadanlıq və əşyalar çatdıracaq. Çinin İnsanlı Kosmos Uçuş Proqramı İdarəsindən bildirilib ki, buraxılış uğurla başa çatdırılıb.  Mənbə: “Sinxua” agentliyi Xeberal.az

Kriminal

Gəncədə 23 yaşlı gənc kürəyindən bıçaqlanıb

Gəncə şəhərində gənc kürək nahiyəsindən bıçaq xəsarəti alıb. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin “Dubay bazarı” adlanan bazar yaxınlığında qeydə alınıb. Belə ki, mübahisə zəminində 1999-cu il təvəllüdlü Ü. Mehdizadə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

“Sky News”un jurnalisti Xersondan reportaj hazırlayıb – VİDEO

Bir neçə gündür ki, Ukraynanın yerli və beynəlxalq media şirkətlərinin jurnalistləri Rusiya ordusu tərəfindən boşaldılan Xerson şəhərinin mərkəzinə buraxılıb. Böyük Britaniyanın məşhur “Sky News” telekanalının jurnalisti bir müddət Rusiya ordusunun nəzarəti altında olan şəhərdə yaşayan sakinlərlə söhbət edib. Müsahibə verən xersonluların bəziləri kamera qarşısında göz yaşlarını saxlaya bilməyiblər. Mənbə: Unian Xeberal.az

Dünya

Sürücü sükan arxasından düşüb sərnişinlə əlbəyaxa oldu – VİDEO

Türkiyənin Elazığ şəhərində sürücü avtobusu dayanacaqdan bir qədər irəlidə saxladığı üçün sərnişin əvvəl onunla kobud danışıb, ardınca söyüş söyüb. Nəticədə sürücü sükan arxasından düşərək sərnişinlə əlbəyaxa olub. Piyadalardan biri hadisəni telefonuna çəkərək sosial şəbəkələrdə ictimailəşdirib. Mənbə: İHA Xeberal.az