Cəmiyyət

Bakıda keçiddə piyadaya yol vermək üçün dayanan avtomobil arxadan vurulub – FOTO

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib. “Mercedes” markalı minik maşınının sürücüsü Balagül Kərimov piyada zolağından keçən şəxsə yol vermək üçün dayanıb. Həmin vaxt eyni istiqamətdə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dayanan “Mercedes”ə çırpıb. Qəza zamanı sərnişin xəsarət alıb. Faktla […]

Dünya

İngilislər qiymət artımına görə ev heyvanlarını sığınacaqlara təhvil verirlər

Böyük Britaniyada qiymətlərin artması səbəbindən çoxlu sayda ev itləri xeyriyyə təşkilatlarının himayəsinə verilir. Bu barədə mətbuata danışan sığınacaqlardan birinin təsisçisi bildirib. O hesab edir ki, bunun əsas səbəbi qiymət və enerji qiymətlərinin artımıdır. Eyni zamanda, heyvanlara sığınacaqdan götürmək istəyənlərin sayında da azalma müşahidə edilir. Mənbə: Gazeta.ru Xeberal.az

Dünya

Mütəxəssis: “Nar və nar şirəsi xərçəng hüceyrələrini məhv edir”

Təzə nar və ya nar şirəsi iltihabla effektiv mübarizə aparan antioksidant maddələrin zəngin mənbəyidir. Bu barədə tibb elmləri doktoru Mixail Kutuşov məlumat verib. Mütəxəssis qeyd edir ki, narın tərkibindəki maddələr xərçəng hüceyrələrinin çoxalmasını ləngidir, bəzi hallarda hətta onların ölümünə səbəb olur. “Nar beynin fəaliyyətinə, yaddaşın keyfiyyətinə müsbət təsir edir, həmçinin qan damarlarını gücləndirir. İki həftə […]

Dünya

“Twitter”in göy işarəsini alıb şirkəti müflis etdilər – FOTO

ABŞ-ın bahalı insulin istehsal edən “Eli Lilly & Company” şirkətin səhmləri 16 milyard dollar ucuzlaşıb. Belə ki, Elon Maskın qərarına əsasən göy işarə ilə təsdiqlənmiş profil işarəsini artıq hər kəs 7,99 dollara ala bildiyi üçün saxta “Eli Lilly & Company “Twitter” hesabı yaradılıb və insulinin artıq pulsuz olduğunu dair paylaşım edilib. Artıq şirkət bununla əlaqədar […]

İdman

Millimizin hücumçusu qol vurdu, komandası evdə qələbəyə sevindi – VİDEO

İsveçrə Super Liqasının maraqlı görüşlərindən biri Sürixdə keçirilib. Oxu.Az xəbər verir ki, “Qrasshoper” öz meydanında “Bazel”i qəbul edib. Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi meydan sahibləri İsveçrə nəhəngini evə əliboş yola salıblar. Renatın qolu matçda yeganə olub. O, 34-cü dəqiqədə fərqlənərək komandasına 1:0 hesablı qələbə qazandırıb. Matça start heyətində başlayan Dadaşov 67-ci dəqiqədə […]

Dünya

Çində quraqlıq: “Sarı” təhlükə elan edilib

Çinin şərqi, cənubu, mərkəzi və cənub-qərbində bir sıra ərazilər şiddətli quraqlıqdan əziyyət çəkir. Bu barədə Çinin Milli Meteorologiya Mərkəzi məlumat yayıb. Artıq ölkədə quraqlıq üzündən “sarı” təhlükə elan edilib. Hətta ölkənin bəzi ərazilərdə quraqlıq həddindən artıq təhlükəli səviyyəyə çatıb. Meteoroloqlar isə qeyd edirlər ki, yaxın günlərdə ölkənin cənub-qərb, mərkəzi və şərq rayonlarının bəzi ərazilərində yağış […]

Dünya

Kremlin hərbi əməliyyatlarını tənqid edən aktyorun Rusiyadakı iş yeri bağlandı

Fransız aktyor Jerar Depardye Rusiyadakı prodüser mərkəzini layihələrdəki fasiləyə görə bağlayır. Qeyd olunur ki, mərkəz audiovizual layihələrin inkişafı üçün yaradılmışdı. Lakin hazırda mərkəzin fəaliyyətində pauzalar yarandığından və onun saxlanılması xərc tələb etdiyindən bağlanılmasına qərar verilib. Xatırladaq ki, bir neçə ay əvvəl J. Depardye Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatları tənqid etmişdi. Kremldən isə vurğulanmışıdı ki, […]

Dünya

Artıq “Tik Tok”da alış-veriş etmək mümkün olacaq

“Tik Tok” sosial şəbəkəsində məhsulların alınması və satışı üçün test funksiya işə salınıb. Belə ki, Pekində yerləşən şirkət ABŞ-ın bir neçə iri müəssisəsinə öz məhsullarını birbaşa “Tik Tok” proqramı vasitəsilə satmağa imkan verəcək yeni funksiyanı sınaqdan keçirmək üçün müraciət edib. ABŞ-dan olan satıcılar artıq “Tik Tok Shop”u sınaqdan keçirməyə başlayıblar. Tezliklə digər məşhur beynəlxalq şirkətlərin […]

Dünya

Türkiyədə əlində içki şüşəsi və siqaretlə məscidə daxil olan kişi saxlanılıb – VİDEO

İstanbulun İkitelli rayonunda əlində içki şüşəsi və siqaretlə məscidə daxil olan, Quran kitabını təhqir edən kişi saxlanılıb. Onun barəsində polisə məscidin imamı müraciət edib. O, təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntüləri də hüquq mühafizə orqanlarına təqdim edib. Qeyd olunur ki, məscidə və müqəddəs kitaba qarşı hörmətsizlik edən şəxsin dindirilməsi həyata keçirilib. Digər təfərrüatlar barədə məlumat verilməyib. […]

Dünya

Türkiyədə avtostopla hərəkət edən gənc səyyah qəzaya düşərək həyatını itirib

Türkiyənin Şırnak bölgəsində kömürlə dolu yük maşınının aşması nəticəsində avtostopla bölgəni səyahət edən 16 yaşlı gənc faciəvi şəkildə həyatını itirib. Gənc səyyah Demhat Uslunun əyləşdiyi yük maşınını idarə edən sürücü isə qəza nəticəsində ağır yaralanıb. Qəza səbəbindən yolu bağlayan yük maşınını kənara çəkmək üçün əraziyə kran gətirilib. Polis yol nəqliyyat hadisəsi ilə əlaqədar araşdırmalara başlayıb. […]