Dünya

Lukaşenko Avropa liderlərini “ağılsızlar” adlandırdı

Belarus prezidenti Aleksandr Lukaşenko media nümayəndələri arasında odun doğrama çempionatının qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən Avropa liderlərini “ağılsızlar” adlandırıb. “Amerikalılara qitəyə əlavə nüvə silahı gətirməyə icazə verənləri liderlər adlandırmaq olarmı? Onlar ağılsızlardır”, – deyə Lukaşenko bildirib. O qeyd edib ki, Avropa ölkələrinin vətəndaşları müharibə istəmirlər. “Onlar başa düşürlər ki, bu gün Ukraynada hərbi əməliyyatlar gedir. Eyni zamanda […]

Dünya

Alimlər ilk dəfə insanlara süni yetişdirilmiş qan hüceyrələri köçürdülər

Bir neçə elmi təşkilatın alimləri dünyada ilk dəfə olaraq süni şəkildə yetişdirilmiş qan hüceyrələrinin – eritrositlərin köçürülməsi ilə bağlı klinik tədqiqat aparıblar. Bu barədə Kembric Universitetinin bəyanatında deyilir. “Qan hüceyrələri donor kök hüceyrələrindən yetişdirilib və klinik sınaq zamanı könüllülərə köçürülüb”, – deyə bəyanatda bildirilib. Vurğulanıb ki, dünyada ilk dəfədir ki, tədqiqat çərçivəsində laboratoriyada yetişdirilən qırmızı […]

Dünya

Mask müstəqil seçiciləri Respublikaçılara səs verməyə çağırıb – FOTO

Amerikalı sahibkar İlon Mask heç bir partiyaya bağlı olmayan amerikalılara Demokratlar administrasiyasını tarazlaşdırmaq üçün konqres seçkilərində Respublikaçılara səs verməyi tövsiyə edib. Bu barədə o, öz “Twitter” səhifəsində yazıb. “Müstəqil düşüncəli seçicilərə: Hakimiyyətin bölüşdürülməsi hər iki partiyanın ən pis tərəflərini məhdudlaşdırır. Ona görə də prezidentin demokrat olduğunu nəzərə alaraq, Respublikaçılar Konqresinə səs verməyi tövsiyə edirəm”, – […]

Dünya

Sebiyalı hüquqşünaslar NATO-nu məhkəməyə verdilər

Serbiyalı hüquqşünas Srcan Aleksiçin rəhbərlik etdiyi vəkillər qrupu 1999-cu ildə keçmiş Yuqoslaviyanın tükənmiş uranla bombardmanına görə NATO-nu məhkəməyə verib. O bildirib ki, NATO-dan 100 min avro ilə 300 min avro arasında dəyişən təzminat tələbi ilə Belqrad Ali Məhkəməsində beş iddia qaldırılıb. Vəkilin sözlərinə görə, iddialar üzrə ilk dinləmələrin ilin sonuna təyin edilməsi gözlənilir və daha […]

Dünya

Fransada cinsi qısnamaya görə 11 yepiskopa qarşı araşdırma başlanıb

Fransa Katolik Kilsəsinin 11 keçmiş və indiki yepiskopu cinsi qısnamada şübhəli bilinir və onlar barəsində istintaq aparılır. Bu barədə Fransa Katolik Kahinləri Konfransının sədri Erik de Mulen-Bafor bildirib. “Bu günə qədər altı yepiskop ölkəmizin məhkəmə orqanları və ya kanonik ədalət mühakiməsi qarşısına çıxarılıb. Onlar dini xidmətdən kənarlaşdırılıblar. Digərlərinə qarşı isə araşdırmalar davam edir. Onların da […]

Dünya

Bill Qeytsin fondu afrikalı fermerlərə 1,4 milyard dollar verəcək

Bill və Melinda Qeyts Fondu Afrikadakı kiçik fermerlərə iqlim dəyişikliyinin qısa və uzunmüddətli təsirlərinin öhdəsindən gəlməyə kömək etmək üçün 1,4 milyard dollar ianə edir. Bu barədə bazar ertəsi təşkilatın saytında dərc olunmuş bəyanatda deyilir. “Bir çox regionlar üçün iqlim dəyişikliyi görünməmiş ərzaq və iqtisadi böhrana çevrilir. 2 milyarddan çox insan qida və dolanışıq vasitələri üçün […]

Dünya

ABŞ yeni sualtı dronunu təqdim etdi

Amerika gəmiqayırma şirkəti “Huntington Ingalls Industries” (HII) “Remus 620” pilotsuz sualtı aparatını təqdim edib. Sualtı dron modul konstruksiyaya malikdir ki, bu da cihazın xüsusiyyətlərini dəyişməyə imkan verir. Dronun ölçüləri və funksiyaları quraşdırılmış akkumulyator bölmələrinin sayından asılı olacaq. Üç bölmə cihazın 110 saat avtonom işləməsini təmin edir. “Remus 620” həmçinin iki faydalı yük moduluna sahibdir. Şirkətin […]

Dünya

“Welt”: “Özlərini yollara yapışdıran eko-fəalların arxasında beynəlxalq strukturlar dayanır”

İqlim problemlərinə diqqət çəkmək üçün özlərini yollara və muzey eksponatlarına yapışdıran “Letzte Generation” hərəkatının ekoloji fəallarına Beynəlxalq Fövqəladə İqlim Fondu dəstək verir. Bu barədə Almaniyanın “Welt am Sonntag” qəzeti məlumat verir. Alman qəzeti yazır ki, “Letzte Generation” “nə etdiklərini dəqiq bilən peşəkar fəallardan” ibarət yaxşı təşkilatlanmış bir cəmiyyətdir. Müəlliflər qeyd edirlər ki, təşkilatda “funksional iyerarxiya” […]

Cəmiyyət

Gəncədə minik avtomobili aşıb, xəsarət alanlar var – FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Əlillərin dairəsi” adlan ərazisində qeydə alınıb. Hərəkətdə olan “Toyota Prado” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və bir sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xeberal.az

Dünya

40 milyondan çox amerikalı Konqres seçkilərində erkən səs verdi

Konqres seçkilərində erkən səs verən amerikalıların sayı 40 milyon nəfəri keçib. Erkən səsvermə seçki məntəqələrində və poçt vasitəsilə həyata keçirilib. Birinci üsulla 18 milyona yaxın insan, ikinci üsulla 22 milyona yaxın insan səs verib. Erkən səsvermə iştirakçılarının təxminən 45%-i demokratlar, 35%-i respublikaçılar, 20%-i müstəqil seçicilər olub. Konqresə aralıq seçkiləri üçün əsas səsvermə günü 8 noyabr […]