Dünya

Sebiyalı hüquqşünaslar NATO-nu məhkəməyə verdilər

Sharing is caring!

Serbiyalı hüquqşünas Srcan Aleksiçin rəhbərlik etdiyi vəkillər qrupu 1999-cu ildə keçmiş Yuqoslaviyanın tükənmiş uranla bombardmanına görə NATO-nu məhkəməyə verib.

O bildirib ki, NATO-dan 100 min avro ilə 300 min avro arasında dəyişən təzminat tələbi ilə Belqrad Ali Məhkəməsində beş iddia qaldırılıb.

Vəkilin sözlərinə görə, iddialar üzrə ilk dinləmələrin ilin sonuna təyin edilməsi gözlənilir və daha 20 belə iddia hazırlanır.

Aleksiç vurğulayıb ki, Serbiya sakinlərinin də məhkəməyə müraciət etmək hüququ var və bunun üçün tibbi sənədləri toplamaq lazımdır.

“NATO-nu xərçəngdən əziyyət çəkən vətəndaşlar və alyansın 1999-cu ildə Serbiyanın bombalanmasında istifadə etdiyi tükənmiş uranın təsirinə birbaşa məruz qaldıqdan sonra xəstəlikdən ölənlərin ailələri məhkəməyə verib”, – Aleksiç əlavə edib.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir