İdman

Mbappe Messinin rekordunu qırdı

Kilian Mbappe Çempionlar Liqasında 40-cı qolunu vurub. PSJ-nin hücumçusu qrup mərhələsinin 6-cı turunun “Yuventus”la oyununda  birinci hissədə hesabı açıb. Fransız futbolçu Çempionlar Liqası tarixində 23 yaş, 10 ay və 13 gündə 40 qola imza atan ən gənc oyunçu olub. O, komanda yoldaşı Lionel Messinin nailiyyətini geridə qoyub. Argentinalı 24 yaş 4 ay 8 günündə (1 […]

Dünya

Polşa Rusiya ilə sərhəddə tikanlı səddin tikintisinə başladı – VİDEO

Polşada Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə tikanlı məftillərin tikintisinə başlanılıb. Bu barədə Polşa Milli Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşak açıqlama verib. “Kalininqrad hava limanı Yaxın Şərq və Afrikadan uçuşlar üçün açıq elan edilib. Bu səbəbdən mən sərhəd təhlükəsizliyini gücləndirilməsi məqsədilə tədbirlər görmək qərarına gəldim. Artıq bu gün sapyorlar Polşa ilə Kalininqrad vilayəti sərhədində müvəqqəti sərhədin […]

Dünya

Türkiyədə motosiklet oğrusu həbs olunmasına sevindi: “Sizə görə ailəmə həsrət qalmışdım”

Türkiyənin Adana şəhərində motosiklet oğrusu saxlanılıb. Hüseyn adlı şəxs portağal bağında gizlənərkən yaxalanıb. Onun iş axtarmaq adı ilə rayon ərazisindəki emalatxanalara gedərək müşahidə apardığı, sonra isə motosikletləri oğurladığı müəyyən edilib. Son bir ayda 11 ədəd motosiklet oğurlayan Hüseynin oğurluq etdiyi anlar təhlükəsizlik kamerasına əks olunub. Nəzarətə alınan oğru polisə verdiyi ifadəsində həbs edilməsinə sevindiyini bildirib. “Yaxalanacağımdan […]

İdman

Çempionlar Liqası: “Milan” 1/8 finalda, “Yuventus” Avroliqada oynayacaq – VİDEO

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub VI turun son oyun günündə E, F, G və H qruplarının görüşləri keçirilib. E qrupunda “Milan” İtaliyada Avstriya “Zaltsburq”unu sınağa çəkib. “Qırmızı-qaralar” rəqibindən üstün oyun nümayiş etdirərək qrup ikincisi kimi növbəti mərhələyə adlayıblar – 4:0. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası İngiltərədə 1/8 […]

İdman

Avropa Liqası: “Qarabağ”ın pley-offdakı potensial rəqibləri müəyyənləşib

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki bütün potensial rəqibləri bəlli olub. “Report”un məlumatına görə, “köhlən atlar”ın 1/16 finalda qarşılaşa biləcəyi mümkün komandaların adlarına Çempionlar Liqasında qrup mərhələsinin VI turunun oyunlarından sonra aydınlıq gəlib. Ağdam təmsilçisi G qrupunda 2-ci pilləni tutacağı halda, pley-offda aşağıdakı kollektivlərdən biri ilə üz-üzə gələcək: “Ayaks” (Niderland), “Bayer” (Almaniya), “Barselona”, “Sevilya” (hər […]

Dünya

İsveçrə İran şirkəti və rəsmilərinə qarşı sanksiyalar tətbiq etdi – FOTO

İsveçrə Ukraynaya qarşı müharibədə Rusiyaya verdiyi dəstəyə görə İranın bir şirkətinə və üç rəsmi şəxsinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. İsveçrə hökuməti bildirib ki, SEPAH-ın Aerokosmik Qüvvələrinə bağlı “Şahid Hava Şirkəti”, Hüccətullah Qureyşi, Səid Ağacani və Silahlı Qüvvələrin Birləşmiş Qərargah rəisi, general-mayor Məhəmmədhüseyn Baqiriyə qarşı sanksiyalar tətbiq edib. […]

Cəmiyyət

49 yaşlı qadın dəm qazından boğuldu

Xaçmazda bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yergüc kəndində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Validə Dadaşova dəm qazından boğularaq dünyasını dəyişib. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Xeberal.az

Dünya

Britaniya dörd rusiyalı oliqarxa qarşı sanksiyalar tətbiq etdi: Abramoviçin biznes tərəfdaşları da siyahıdadır

Britaniya dörd rusiyalı oliqarxa qarşı sanksiyalar tətbiq edib. Bildirildiyinə görə, bu oliqarxlar Rusiya Prezidenti Vladimir Putinə ölkə sənayesini Ukraynadakı hərbi səylər üçün səfərbər etməyə imkan verib.   Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib. “Putin sənaye kompleksinə nəzarəti saxlamaq və Ukraynaya qanunsuz işğalını gücləndirmək üçün öz seçilmiş elitasına arxalanmağa davam edir. Bu gün biz öz […]

Cəmiyyət

Mikroavtobus yaşlı kişini vuraraq öldürdü

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən 1948-ci il təvəllüdlü kişini vurub. Yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az