Dünya

Britaniya dörd rusiyalı oliqarxa qarşı sanksiyalar tətbiq etdi: Abramoviçin biznes tərəfdaşları da siyahıdadır

Sharing is caring!

Britaniya dörd rusiyalı oliqarxa qarşı sanksiyalar tətbiq edib.

Bildirildiyinə görə, bu oliqarxlar Rusiya Prezidenti Vladimir Putinə ölkə sənayesini Ukraynadakı hərbi səylər üçün səfərbər etməyə imkan verib.  

Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

“Putin sənaye kompleksinə nəzarəti saxlamaq və Ukraynaya qanunsuz işğalını gücləndirmək üçün öz seçilmiş elitasına arxalanmağa davam edir. Bu gün biz öz hökmranlıqlarında Putinə arxalanan və öz növbəsində də onun “döyüş maşını”nı maliyyələşdirən daha dörd oliqarxa qarşı sanksiyalar tətbiq edirik”, – deyə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib.

Onun sözlərinə görə, London bu şəxslərə qarşı sanksiyalar tətbiq etməklə Putinə qarşı iqtisadi təzyiqləri artırır və Ukrayna qalib gələnə qədər bunu davam etdirəcək.

Sanksiyalar siyahısına daxil edilənlər arasında Aleksandr Abramov və Aleksandr Frolov da var. Onlar Roman Abramoviçin biznes tərəfdaşlarıdır. Həmçinin əvvəllər Rusiyanın polad istehsalçısı “Evraz plc”də böyük paylara sahib idilər. Onların Britaniyada təxminən 100 milyon funt-sterlinq dəyərində investisiyaları var.

Eyni zamanda rusiyalı iş adamları Ayrat Şaymiyev və Albert Şiqabutdinova qarşı da sanksiyalar tətbiq edilib ki, onların da ümumi kapitalı müvafiq olaraq 902 milyon funt-sterlinq və 977 milyon funt-sterlinq təşkil edir.

Onların Britaniyaya girişi qadağan edilib, aktivləri isə dondurulacaq.

Mənbə: Ukrinform

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir