Dünya

Türkiyədə məktəb avtobusu qəzaya düşdü: 7 nəfər yaralandı – VİDEO

Türkiyədə məktəbli avtobusunun avtomobillə toqquşaraq aşması nəticəsində 6-sı azyaşlı olmaqla, 7 nəfər yaralanıb. Qəza Mersində baş verib və təhlükəsizlik kamerasına düşüb. Hadisə yerinə xilasetmə və tibbi yardım qrupları cəlb olunub. Yaralanan 6 uşaq və avtomobil sürücüsü təcili yardım maşınları ilə xəstəxanaya aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb. Mənbə: DHA Xeberal.az

Dünya

Madriddə restorandan 200 min avro dəyərində 132 şüşə şərab oğurlanıb – FOTO

Naməlum şəxslər İspaniyanın paytaxtında restorandan 200 min avro dəyərində 132 şüşə şərab oğurlayıblar. Məlumata görə, quldurlar şərabı iki Mişlen ulduzu olan müəssisənin zirzəmisindən götürüblər. Cinayətkarlar həmin vaxt bağlı olan yaxınlıqdakı aptekdən keçərək restorana daxil olublar. Polis hadisə ilə bağlı araşdırma aparır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun sifarişli cinayət olduğundan şübhələnirlər. Restoranın nümayəndəsi Rafael Sandovalın sözlərinə görə, […]

İdman

“Formula 1”in Braziliya Qran-prisi ləğv oluna bilər

“Formula 1” rəhbərliyi Braziliyada bu günlərdə keçirilən prezident seçkilərindən sonra baş verən iğtişaşlardan narahatdır. Təqvimə əsasən, turnirin növbəti mərhələsinin San-Pauluda keçirilməsi nəzərdə tutulub. Köşə yazarı Pedro Fermin Floresin fikrincə, Braziliyada baş verənlər Beynəlxalq Avtomobil Federasiyası və Qran Prinin birbaşa təşkilatçılarını mərhələnin ləğvinə sövq edə bilər. Onun sözlərinə görə, bütün tərəflər yarışın San-Pauluda keçirilməsi ilə bağlı […]

Dünya

Gürcüstanda Aİ-nin tələbilə Antikorrupsiya Bürosu yaradılacaq

Gürcüstan parlamenti çərşənbə günü keçirilən iclasda birinci oxunuşda Avropa İttifaqının quruma namizəd statusu müqabilində respublikadan tələb etdiyi Antikorrupsiya Bürosunun yaradılmasını nəzərdə tutan sənədlər paketini təsdiqləyib. Qanun layihəsini 84 deputat dəstəkləyib. Yeni büronun əsas vəzifəsi korrupsiyaya qarşı mübarizəni təşviq etmək olacaq. İdarəyə hakimiyyət orqanlarına nəzarət səlahiyyətləri veriləcək. Antikorrupsiya Bürosu parlamentə və korrupsiyaya qarşı mübarizə üzrə idarələrarası […]

Dünya

Britaniyalılar Liz Trassın nəhəng təsvirini yandıracaqlar – FOTO

Noyabrın 5-də Britaniyada Qay Foks Gecəsi qeyd olunacaq. Məhz 1605-ci ilin bu gecəsi katolik sui-qəsdçiləri Britaniya parlamentinin binasını partlatmağı planlaşdırıblar. Həmin gecə protestant kralı I Yakov qanunverici orqanda parlament üzvləri və ali hakimlərin iştirakı ilə çıxış etməli idi. Qay Foks Vestminster sarayının zirzəmisində barıt çəlləklərini yandırmağa cəhd edib. Terror aktının qarşısı iştirakçılardan birinin bu məlumatı ağzından […]

Dünya

Zelenski qələbədən sonra ilk olaraq nə edəcəyini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Rusiyaya qarşı müharibədə qələbəsindən sonra azad edilmiş Krıma dənizə getmək istədiyini açıqlayıb. Bu barədə Zelenski Çexiya televiziyasına müsahibəsində bildirib. “Krıma gedəcəyəm. Mən dənizi görməyi çox istəyirəm”, – deyə Ukrayna lideri jurnalistin bu barədə sualını cavablandırıb. “Bu, qışda olmayacaq. Qışda dənizdə nə etmək olar? Mən ora hava isti olanda gedəcəm”, – […]

Dünya

Meksikada 50 çuval insan qalığı tapılıb – FOTO

Meksikada 50-dən çox çuvalda insan qalıqları aşkarlanıb. Dəhşətli tapıntı itkin düşənlərin axtarışı ilə məşğul olan təşkilatın üzvləri tərəfindən müəyyən edilib. Hadisə Quanaxuato ştatının İrapuato şəhərində baş verib. Qurbanların dəqiq sayı hələlik məlum deyil. Hüquq-mühafizə orqanlarından da şərh gəlməyib. Qeyd edək ki, Meksikada bu cür qorxunc hadisələr tez-tez baş verir. Belə ki, bir gün öncə küçədə […]

Dünya

Moskva məhkəməsi Duqinin qızını öldürməkdə şübhəli bilinən qadınla bağlı qərar verib

Moskvanın Basmannı rayon məhkəməsi Rusiyalı filosof Aleksandr Duqinin qızı, jurnalist Darya Duqinyaya qarşı sui qəsdə ittiham edilən Ukrayna vətəndaşı Natalya Vovkun həbs olunması ilə bağlı qərar verib. Belə ki, bu gün Rusiya Federasiyasının İstintaq Komitəsi Ukrayna vətəndaşı Natalya Vovkun həbsi ilə bağlı vəsatətlə çıxış edib. Natalya Vovka qarşı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət […]

MARAQLI

İsveç alimləri: Ac qalanda bizim dronlarınızı yeyə bilərsiniz – VİDEO

İsveçrənin Lozanna Federal Texnologiya İnstitutunun alimləri bir hissəsi yeməli materialdan hazırlanan pilotsuz təyyarə hazırlayıblar. Bu tərtibat fövqəladə vəziyyətdə insanların həyatını xilas etmək üçün nəzərdə tutulub – əlavə kalorilər onlara xilasediciləri gözləməyə kömək edə bilər. Məlumata görə, dronun yeməli olan hissəsi qanadlarıdır – onlar düyü unundan hazırlanır və peçenyelərə bənzəyir. Onlar uçuş zamanı zədələnməmələri üçün folqa […]

Dünya

Amerikalı müəllimə İŞİD-in qadın batalyonuna təlim keçdiyi üçün 20 illik həbs olundu – FOTO

ABŞ-ın Kanzas ştatında məktəb müəlliməsi İŞİD-in qadın batalyonuna təlim keçdiyini etiraf edib. 42 yaşlı Ellison Flyuk-Ekren 20 il həbs cəzasına məhkum edilib. Məhkəmə iclasında Ellison Flyuk-Ekrenin böyük qızı anasını ona qarşı zorakılıq etməkdə ittiham edib. Həmçinin 13 yaşında olarkən İŞİD döyüşçüsü ilə evlənməyə məcbur edildiyini bildirib. Bundan əlavə, qadının oğlu müstəntiqlərə bildirib ki, anası onu […]